Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-03-2015, 18:36)
Putindən Azərbaycana böyük təhdid

Kiçik pauzadan sonra yenidən siyasi gündəmə qayıdan Rusiya prezidenti Vladimir Putin özünün növbəti bəyanatı ilə dünyanın təşvişini artırdı desək, elə də yanılmarıq- Putin Avrasiya İttifaqının vahid valyutaya keçməsinin əsl vaxtı olduğunu bir daha dilə gətirdi...
Biz azərbaycanlılar daha çox ona diqqət yetiririk ki, görən, Ermənistan Avrasiya İtifaqının tədbirlərinə dəvət alır, ya yox? Yox. Ermənistan orada görünmür. Düşünürük ki, bu da onunla bağlıdır ki, Rusiya Ermənistan sarıdan o qədər arxayındır ki, onun mövqeyini soruşmağı belə lazım görmür...
Amma bu prosesdə Ermənistandan da vacib detallar var. O da budur ki, Putin yarızarafat, yarıciddi yeni SSRİ qurmaqla məşğuldur. Vahid valyuta və vahid ordu yaratmaq istiqamətindəki səylər bizim dediklərimizə sübutdur...
Diqqətli oxucu dərhal deyə bilər ki, bəs bunlar yatıb indi oyanıblar. Yox, belə deyil. Biz ümumi prosesi həmişə diqqətdə saxlamışıq. Sadəcə, Putinin səyləri heç də həmişə ciddi təsir bağışlamayıb...
Gümanlarımız da həmişə sağlam məntiqə əsaslanıb. Bir vaxt Qazaxıstanda Oljas Süleymenov ölkəsinin tam müstəqilliyinin əleyhinə olduğunu dilə gətirəndə və bununla da vətənpərvər qazaxların qəzəbinə tuş gələndə artıq bu qənaətdə idik ki, bu, nəyəsə hazırlıqldır...
Məsələ bundadır ki, çox savadlı adam olsa da, O.Sülemenov yenə də şairdir.
Ən başlıcası isə odur ki, o, Nursultan Nazarbayevin yaxın dostudur, hətta bir dəfə Qazaxıstan prezidenti şəxsən özü "Mənim dostum Oljas” adlı yazı da yazmışdı...
Demək istədiyimiz nədir? Odur ki, qazax şairi böyük ehtimalla siyasətçi dostunun növbəti böyük layihəsinə zəmin hazırlayırdı... 
Bu gün V.Putinin layihəsi kimi qəbul olunsa da, N.Nazarbayev hamıdan əvvəl Avrasiya Birliyi haqqında danışırdı. Ümumiyyətlə, böyük inteqrasiya layihələri irəli sürmək bir növ onun şakəridir. N.Nazarbayev belə layihələrdən siyasi dividendlər gütürməyi bacarır... Amma bir maraqlı məsələ də var. Qazaxıstan Ukraynaya həmişə bir qədər qısqanclıqla yanaşır və onun MDB-dəki roluna iddia edirdi...
İndi səhnə boşdur, Ukrayna yoxdur. Qazaxıstan prezidenti öz fantaziyasına istədiyi qədər meydan verə bilər...
Amma indi səhnənin əsas fiquru təbii ki, V.Putindir. Sadəcə, bu adam başa düşmək istəmir ki, nəyisə istəmək azdır, buna hazır olmaq, bunu bacarmaq da lazımdır.
V.Putin Avropa Birliyini imitasiya etmək istəyir. Amma bir daha demək istəyirik ki, bu, azdır və böyük işlər yalnız arzularla qurulmur. Avropa Birliyi indiki formula qədər yarım əsr yol getdi, hər şey heç də birdən-birə alınmadı.
İndi Rusiyanın hansı böhran keçirdiyi hamıya bəllidir. Elə Qazaxıstanın və Belarusun da vəziyyəti qibtə doğurmur. Belə bir halda hansı böyük layihədən söhbət gedə bilər?
Bəlkə də V.Putin düşünür ki, ölkəni xilas etməyin yolu yeni valyutaya keçmək və böyük inteqrasiya layihələrinə start verməkdir...
Nə demək olar? İmperiyalar həmişə genişlənməyə can atır. Bu yolla onlar özlərini hifz edəcəklərini düşünürlər. İmperiyaları "konsentrik çevrə”lər kimi təsəvvür etsək, bunu başa düşmək daha da asanlaşar - imperiyalar bir qayda olaraq periferiyalardan çürüməyə başlayır və belə prosesdə həmişə ən axırıncı həlqə qopur, böhran da növbəti həlqəyə keçir... 
Beləcə, böhran imperiyanın düz mərkəzinə qədər sirayət edə bilər. Ona görə də imperiyalar daim genişlənməyə məhkumdurlar...
V.Putin şəxsən olmasa da, A.Duqin bunu başa düşür və ona izah edə bilir. Təbii ki, bu, bir qədər zarafatdır. Amma təəssüf ki, eyni sözləri V.Putinin plan və layihələri haqqında deyə bilmirik, çünki rusların özlərinin məşhur bir deyimi var. Onlar deyir ki, ağılsız hələ qorxulu deyil, amma təşəbbüskar ağılsız artıq qorxuludur. Təbii ki, biz Putini ağılsız adam hesab etmirik, hətta onun SRRİ ilə bağlı motivasiyalarının psixoloji tərəflərini də anlamağa cəhd edirik...
Amma 21-ci əsrdə özünə əlavə torpaq birləşdirmək... İnanın ki, bu, öz təsirini yaymaq və nüfuz sferanı genişləndirmək üçün heç də ən yaxşı yol deyil. Digər böyük dövlətlər çoxdan belə etmirlər. Bəs niyə Rusiya belə edir?
Rusiya kimisə öz tərəfinə onu yalnız özünə tabe etməklə, yalnız özünə birləşdirməklə çəkə bilər. Yalnız özünə tabe etməklə təsirini genişləndirmək - çox təəssüf ki, böyük bir dövlətin bacardığı yalnız budur. O, mədəni baxımdan cəlbedici deyil, iqtisadi baxımdan qüdrətli deyil, elmi potensialı rəqabətə qadir deyi. Bununla o, bütün mədəni imperiyalardan fərqlənir... 
Fərqlər dünyanı daha rəngarəng edir, həm də seçim imkanı yaradır. Amma bu mənzərədən siyasi daltoniklər yararlana bilmirlər. Təəssüf ki... 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024