Dünya (27-10-2024, 09:12)
Kremlin bu addımından Çin narahatdır - 2 səbəbə

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.
"Çin Şimali Koreyaya tam nəzarət etmir. Bəli, Şimali Koreya Çindən asılıdır, lakin o, heç vaxt Pekinin marioneti olmayıb. Stalinin dövründən Şimali Koreya Rusiyaya daha yaxın olub. İqtisadi baxımdan Şimali Koreya Çindən asılıdır, siyasi baxımdan isə Moskvaya yaxındır. Əgər ABŞ Şimali Koreyanın Çindən asılı olduğuna inansaydı, heç vaxt Pxenyanla danışıqlar aparmaz, birbaşa Pekinə müraciət edərdi. Və o zaman Tramp Şimali Koreya lideri ilə görüşmək üçün səfər etməli olmazdı.
Bəli, əminliklə demək olar ki, Çin Şimali Koreya ilə Moskva arasında strateji razılaşmaya həvəs göstərməyib. Çünki bu, Rusiyanın Pxenyana təsirini artırması deməkdir. Və Çin də iki səbəbdən Rusiyaya qoşun yeritmək qərarından narazıdır. Birincisi, bu, Çinin Şimali Koreyaya nəzarət etmədiyinə işarədir. Lakin ikinci səbəb daha vacibdir - bu, Çin-Braziliya sülh planına ziddir. Onun əsas məqsədi müharibənin gərginliyini azaltmaqdır. Başqa ölkənin bu müharibədə iştirakı isə eskalasiyadır. Bunu hətta Lukaşenko da deyib", - V.Fesenko qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025