Dünya (31-08-2024, 11:56)
Kiyevə verilən F-16-lar mükəmməl deyil? - “Defense One”
Qərbin Ukraynaya tədarük etdiyi F-16 qırıcılarının təchiz edildiyi radio-elektron mübarizə (REM) sistemləri bu təyyarələri bütün təhlükələrdən qoruya bilməyəcək.
Amerikanın “Defense One” nəşrində dərc olunan məqalədə yenidən proqramlaşdırılmış radio-elektron mübarizə (REM) avadanlıqlarının iş xüsusiyyətləri açıqlanıb.
Məqalə müəlliflərinin qiymətləndirməsinə görə, amerikalı mütəxəssislərin yenidən proqramlaşdırdıqları Ukrayna F-16 qırıcılarının REM sistemləri təyyarəni bütün təhlükələrdən qoruya bilməyəcək.
“ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) bölməsi təyyarələrin təhvil verilməsindən əvvəl Ukraynanın F-16 qırıcılarını yeni elektron müharibə imkanları ilə təchiz edib və döyüş əməliyyatları zamanı toplanmış məlumatlar əsasında onları yenidən proqramlaşdırmağı planlaşdırır. Floridadakı “Eqlin” HHQ bazasında yerləşən kiçik bir bölmə olan 68-ci elektron mübarizəsi eskadrilyasına Danimarka və Hollandiyanın göndərdikləri F-16 təyyarələrindəki REM sistemini yenidən proqramlaşdırmaq tapşırılmışdı ki, onlar Rusiyanın maneələrinə və digər elektromaqnit hücumlarına müqavimət göstərə bilsinlər”, - məqalədə deyilir.
Danimarka və Hollandiyadan göndərilən F-16 qırıcılarındakı sistem ABŞ-da istifadə olunmadığından, bu ölkələrin verdiyi məlumatlar əsasında HHQ bölməsinin mühəndisləri ilk öncə naməlum REM sistemini araşdırmalı olublar. Yalnız bundan sonra yeni sistemi anlaya bilən personal, onu inkişaf etdirmək və sınaqdan keçirmək üçün xaricə göndərilib.
- Bu bizim standart əməliyyat prosedurumuz deyil. Komandanın iki həftə ərzində sistemi anlaya bilməsi, dünyanın ən yaxşı uçuş məlumat faylını hazırlamaq üçün öz tərəfdaşı ilə ölkəyə getməsi, eşidilməyən bir faktdır. Bu yalnız eskadrilyanın və uçuş heyətinin istedadları sayəsində mümküdür”, - 68-ci REM eskadrilyasının direktoru vurğulayıb.
HHQ-nin məlumatına görə, bölmə döyüş əməliyyatları zamanı ukraynalılardan toplanan məlumatları götürəcək və ondan elektron mübarizə imkanlarını təkmilləşdirmək üçün istifadə edəcək.
“Ukrayna hazırda 68-ci REM eskadrilyası üçün hərbi texnikanın xaricdə rəsmi təchizatçısı olduğundan, bölmə ukraynalıların hesabatları əsasında yenidən proqramlaşdırma imkanlarını təmin edəcək. Ənənəvi olaraq, hadisə ilə bağlı rəylər təlim şəraitində qəbul edilir. Bu iş döyüş imkanlarını yaxşılaşdırmaq üçün sınaqlarından keçmiş məlumatları təqdim edəcək”, - press-relizdə deyilir.
Ukrayna-Rusiya münaqişəsində hər iki tərəf maneələr və spufinq (saxta hədəflər) yaratmaq kimi elektron mübarizə üsullarından istifadə edir. Rusiyanın REM sistemləri ABŞ-nin Ukraynaya göndərdiyi bir çox dəqiqliklə idarə olunan silahları sıradan çıxarıb. Ukraynaya göndərilən F-16 qırıcılarının yenidən proqramlaşdırılmış elektron döyüş sistemi bütün təhlükələri dəf edə bilməsə də, təyyarənin sağ qalmasına imkan verəcək.
- Bərabər güclərin münaqişəsindən danışarkən, spektrdə üstünlük qazanmağınız üçün bütün koalisiya tərəfdaşlarınız eyni ssenari üzrə hərəkət etməlidirlər. Yenidən proqramlaşdırılmış bir F-16 təkbaşına hava üstünlüyü təmin etməyəcək, lakin strateji əhəmiyyəti və təsiri olan bir məqsədə çatmaq üçün sizə ani hava üstünlüyü verə bilər”, - 68-ci REM eskadrilyasının adı çıkilməyən rəhbərindən məqalədə sitat gətirilir.
Qeyd edək ki, iyul ayının son günü Danimarka və Hollandiya ilk olaraq Ukraynaya 10 ədəd F-16 qırıcısı göndəriblər. Bu ilin sonuna qədər Ukraynaya daha 10 ədəd F-16-nın göndəriləcəyi nəzərdə tutulur. Ümumilikdə isə, gələn ilin sonuna qədər Ukraynaya 79 ədəd belə qırıcının verilməsi planlaşdırılır. Bu müstəvidə Kiyevə dəstək verəcək ölkələr sırasında Belçika və Norveş də yer alıb.
AzVision.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024