Dünya (30-07-2024, 08:53)
Venesuelada etirazlar zamanı atəş səsləri eşidilib
Mediatv.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində NTN24 telekanalı məlumat yayıb.
Yayılan videoda atışma səsləri eşidilir. Jurnalistlər mülki geyimli naməlum şəxslərin etirazçılara atəş açdığını iddia edirlər.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Hakimiyyət hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib. Bundan sonra Karakasda polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Venesuela seçilmiş prezident Maduronun legitimliyini tanımaqdan imtina edən yeddi Latın Amerikası ölkəsindən diplomatik nümayəndəliklərinin üzvlərini geri çağırıb.
Venesuela müxalifəti isə öz növbəsində ordunu Maduronu devirməyə çağırıb. O, prezident seçkilərində onun qələbəsini tanımayıb və Edmundo Qonzalesi qalib elan edib.