Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (1-03-2015, 14:23)
Rusiya orbitə köhnə kosmik gəmi göndərir

Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar ucbatından bir sıra iri layihələrini dondurmağa məcbur olan “Roskosmos” Amur vilayətində yeni inşa edilmiş “Vostoçnıy” kosmodromundan orbitə ötən əsrin 60-cı illərində istehsal olunmuş “Soyuz” kosmik gəmilərini buraxmağı qərara alıb

 

"Mediatv.az"ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə Birləşmiş Kosmik- Raket Korporasiyasının mətbuat xidmətinin rəhbəri Mixail Fadeyev məlumat verib. O, bildirib ki, ilk “Soyuz” pilotlu gəmisinin 2018-ci ildə orbitə buraxılması planlaşdırılır.
Bu layihə ekspertlər tərəfindən kəskin tənqidlə qarşılanıb. Tsiolkovski adına Rusiya Kosmonavtika Akademiyasının müxbir üzvü Andrey İonin yeni kosmodromdan 60-cı illərin gəmilərinin buraxılmasını “tamamilə ağılsız addım” adlandırıb. Alim bildirib ki, “Vostoçnıy” kosmodromu Uzaq Şərqin yüksək texnologiyalar əsasında inkişafında əsas vasitə kimi düşünülərək inşa edilib.Oradan köhnə texnikanın orbitə buraxılması ağılsızlıqdır.
Qeyd edək ki, Rusiya hökuməti yeni kosmodromun tikintisinə 300 milyard rubldan çox vəsait xərcləyib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024