Dünya (9-03-2024, 09:14)
Cəbhə genişlənir: İran da işin içindədir - “Bakı və Ankara diqqətli olmalıdır”
Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Fransa və Hindistanın bu ölkəni silahlandırmaq məsələsində ümumi niyyəti Cənubi Qafqazda Qərbin təsir imkanlarını artırmaq, Rusiyanın tamamilə Cənubi Qafqazdan sıxışdırmaq hədəfi götürülüb. Bu kontekstdə Cənubi Qafqazda zəif bənd olan Ermənistan vasitəsilə bu layihəni həyata keçirmək istəyirlər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Ermənistanın indiki vəziyyətdə dayanıqlı olmasına ehtiyac var:
“Bu xüsusda əsas səbəb kimi guya Azərbaycan təcavüzkar timsalında təqdim olunur və buna gərək olaraq, Ermənistanın qorunması üçün müdafiə və təhlükəsizlik tədbirləri görülür. Bir tərəfdən Fransa Ermənistanla müqavilə bağlayır. Paralel olaraq bir çox strateji silahların Ermənistana verilməsi və perspektivdə Fransanın aparıcı müdafiə sənaye kompleksinə məxsus müəssisələrin Ermənistanla birgə müasir silahların istehsalı nəzərdə tutulur.
Digər tərəfdən Hindistanı da prosesə qoşmaqla əslində logistika problemini rahatlıqla həll etmək istəyirlər. Hindistan və Fransa arasında müvafiq saziş imzalanıb. Hindistanla öz ərazisində hərbi sənaye müəssisələrinin yaradılması istiqamətində razılaşma əldə olunub. Burada Fransanın tələbi ilə xüsusi bir müddəa diqqət çəkir. Orda göstərilir ki, Hindistanda birgə istehsal olunan silahlar dost ölkələrə də verilə bilər. Bu müddəa altında Ermənistan nəzərdə tutulur.
Ayrıca, Hindistandan Ermənistana daşımalar çox rahatlıqla mümkün olacaq. Çünki bu planın içərisində İran da var. Bütün daşımalar İran üzərindən həyata keçiriləcək. Silahlar Hindistandan İran limanlarına, oradan da Ermənistana daşınacaq”.
Politoloq bildirib ki, Qərb dünyasında, başda ABŞ, Avropa Birliyi, Böyük Britaniya olmaqla, Ermənistanın İran və Rusiya ilə əlaqələrini kəsmək istəyirlər:
“Bu layihə Fransanın rəhbərliyi altında aparılıb, Qərb tərəfindən müəyyən mənada razılaşdırılıb. Ona görə də səhnə arxasında Fransa, Ermənistan və İran razılaşması var. İran bu planın tərkib hissəsidir. Fransa Müdafiə Nazirliyi və Yunanıstan nazirinin Ermənistana səfərindən dərhal sonra müdafiə naziri Papikyan İrana səfər etdi. Səfərdə məqsəd Fransa və Yunanıstanla hərbi və təhlükəsizlik yöndə anlaşmaların təfərrüatını çatdırmaq, planın tərkib hissəsi kimi İranın öhdəsinə düşən məsələləri müzakirə etmək idi. Çünki indiki vəziyyətdə təcili qaydada Ermənistana ötürülə biləcək bəzi strateji silahlar var.
Kamikadze dronları kimi eyni zamanda bəzi ballistik raketlər də var. Bu gün həmin raketlərin Fransa və Yunanıstandan təcili qaydada Ermənistana daşınması mümkün olmadığı üçün bunu İran vasitəsilə edəcəklər. Buna görə də Azərbaycan və Türkiyə bu məsələdə həssas olmalıdır.
İrəvanın Moskva orbitindən sürətlə uzaqlaşdığını nəzərə alsaq, boşalan yeri İran öz timsalında doldurmaq istəyəcək. Tunelin bu başında Qərb dünyası İrana Fransa vasitəsilə işıq göstərməklə dolayısı ilə Tehranı da prosesə qatmaq istəyir. Bu da gələcəkdə İran-Rusiya toqquşması kontekstində iki ölkənin münasibətlər sistemini tamamilə darmadağın edə bilər.
Eyni zamanda, ortada Rusiya, Çin və İran üçlüyü var. Gələcəkdə belə bir toqquşmanı təmin etməklə bu üçlüyü tamamilə pozmaq niyyətindədir. Layihə bundan ibarətdir. Bütün bunlar yeni oyun, taktiki gedişlər, Paşinyanın Fransa səfəri çərçivəsində razılaşdırılıb. Artıq düymənin basıldığını da görürük”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024