Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-02-2015, 13:02)
Rusiya Azərbaycanda separatizmi yaya bilərmi?

Rusiya Azərbaycanda separatizmi yaya bilərmi?

“Rusiyanın Azərbaycanda millətlərarası münasibətləri qızışdırmaq imkanları var”.   Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.   O, Rusiyanın bu imkanlarının əvvəlki kimi geniş olmadığını deyib:   “İstər beşinci kolon, istər millətlərarası münasibətlər, istərsə də ölkə daxilində müxtəlif separatçılıq meyillərinin yayılması sahəsində Rusiyanın fəaliyyət imkanları xeyli məhdudlaşıb. Bu, əsasən Azərbaycan dövlətinin güclənməsi ilə əlaqədardır. Həmçinin ölkənin bütün nöqtələrinə nəzarət etmək imkanına sahib olan güc strukturları artıq formalaşıb. Doğrudur, hansısa millətçi və separatçı qrup gündəmə müxtəlif məsələləri gətirə bilər. Amma bu gündəmi ümumxalq əhval-ruhiyyəsinə çevirə bilməz. Çünki Azərbaycanın hüquq mühafizə orqanları bu sahədə kifayət qədər sayıqdırlar. Onlar Azərbaycanda istənilən ölkənin agentura şəbəkəsini və digər fəaliyyətlərini ifşa etmək imkanlarına malikdirlər”.   Qeyd edək ki, son günlər Dərbənddə rəhbərlik uğrunda mübarizənin qızışması klanlararası savaşı da gücləndirib. Bəzi mənbələr bu savaşın qısa zaman içərisində etnik qarşıdurmaya keçə biləcəyini söyləyirlər. Bir sıra ekspertlər isə Dərbənddə baş verəcək istənilən qarşıdurmanın Azərbaycana keçə bilmə ehtimalının olduğunu iddia edirlər.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024