Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-02-2024, 11:00)
Fidan Blinken və Lavrovla Azərbaycan-Ermənistan sülh sazişini müzakirə edib

Fidan Blinken və Lavrovla Azərbaycan-Ermənistan sülh sazişini müzakirə edib
Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və Cənubi Qafqazda daimi sülhün təmin edilməsi üçün diplomatik səylərini davam etdirir.

Reyting.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin Braziliyada keçirilən görüşündə müzakirə edilən mühüm məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında sülh danışıqları olub.

Fidan və Blinken arasında keçirilən görüşdə Qəzzada ən qısa zamanda tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar da müzakirə olunub.

Hər iki nazir Ukraynadakı müharibəni, NATO-nun genişlənmə prosesini, Azərbaycan-Ermənistan sülh danışıqlarını və digər regional məsələləri qiymətləndiriblər.

Qarşıdakı dövrdə Türkiyə və ABŞ arasında yüksək səviyyəli səfərlərin cədvəli də iki nazirin gündəmində olub.

Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Görüş zamanı qarşıdakı dövr üçün nəzərdə tutulan yüksək səviyyəli səfərlər, ikitərəfli və regional məsələlər müzakirə predmeti olub.

Nazirlər Qəzzada atılacaq mümkün addımları da müzakirə ediblər.

Fidanın görüşdüyü digər şəxs isə almaniyalı həmkarı Annalena Baerbok olub.

Hakan Fidan Fransanın xarici işlər naziri Stefan Sejourne ilə də görüşüb. Görüşdə Qəzza və Türkiyə-AB əlaqələri müzakirə edilib.

Fidan Misirin xarici işlər naziri Samih Şükri ilə də bir araya gəlib. Görüşdə prezident Ərdoğanın Misirə səfəri zamanı imzalanan birgə bəyannaməyə uyğun olaraq münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində görüləcək işlər dəyərləndirilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024