Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-01-2024, 09:34)
Bir neçə milyard dollarlıq silah alırıq, ordu... - Nikol

 Orduda təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkmək zəruridir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir:
"Proses başlayıb, lakin kifayət qədər sürətlə davam etmir. Hökumətin strateji məqsədi peşəkar ordu yaratmaqdır".
Baş nazir qeyd edib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:
"Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da hərbi xidmətə çağırış korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb ictimaiyyəti və hərbçilər də bu mövzuda bir-biri ilə ittifaqdadırlar. Dövləti məhv edən məhz belə hadisələrdir və bu gün əsas vəzifə bu “birliyin” belini qırmaqdır. Bu baxımdan hüquq-mühafizə sisteminin səmərəliliyi, institusional islahatların vacibliyi və ehtiyacı ilə bağlı aktual məsələ var".
Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib. O, ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplanışı ilə bağlı bütün problemlərin həllinə ümid etdiyini vurğulayıb.
O əmindir ki, Ermənistanın müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir:
"Son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Hökumət ölkənin hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024