Dünya (17-02-2015, 14:16)
Ermənistanda müxalifətçilərin kütləvi həbsi başladı
Ermənistan polisi müxalif Çiçəklənən Ermənistan Partiyasının üzvlərini həbs etməyə başlayıb. Partiyanın paytaxt İrəvandakı Nor-Ork inzibati dairəsi üzrə ofisinin rəhbəri Artur Mamoyan fevralın 17-nə keçən gecə saxlanılıb
Virtualaz.org saytı xəbər verir ki, bunu “Azatutyun” radiosuna açıqlamçasında partiyanın parlament fraksiyasının üzvü Elinar Vardanyan deyib.
E.Vardanyanın sözlərinə görə, partiyanın Malatiya-Sebastiya və Arabkir inzibati dairələrindəki fəalları arasında da həbs edilənlər var.
“Son iki həftə baş verən hadislərdən sonra məndə belə təəssürat yaranıb ki, Ermənistan 1937-ci ilə qaytarılıb. O illərdə həyata keçirilən repressiv metodlar bu gün də aktualdır” - deyə E.Vardanyan bildirib.
Deputatın sözlərinə görə, müxalifətçilərə hücumlar və kütləvi həbslər prezident Sərkisyanın məlum göstərişindən sonra başlayıb.
Qeyd edək ki, Serj Sərkisyan fevralın 12-də hakim Respublika Partiyasının iclasında çıxış edərək Çiçəklənən Ermənistan Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanı kəskin tənqid etmiş və onu Təhlükəsizlik Şurasının üzvlüyündən qovmuşdu. Demişdi ki, “Təhlüləsizlik Şurası ağlına gələndə, istədiyin vaxt gəlib-gedəcəyin yer, kinoteatr deyil”.
Sərkisyan Tsarukyanın savadsızlığını da ələ salaraq Tsarukyana qoşulan ayamanı da yada salmış, ona “Dodu Qaqo” (“Tupoy Qaqo” və ya “Kütbeyin Qaqo”) deyildiyini xatırlatmışdı. Habelə Tsarukyanın vergi cinayətlərinə də eyham vurmuşdu.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024