Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-02-2015, 16:47)
Xameneyi Obamaya gizli məktub göndərib

Dini lider Qərblə danışıqlara can atan prezident Həsən Ruhaniyə də dəstək verəcək 

"Reuters"in xəbərində deyilir ki, İranın ali dini lideri Əli Xameneyi 5+1 formatının İranla apardığı nüvə danışıqları ilə əlaqədar ABŞ prezidenti Barak Obamaya gizli məktub göndərib. Bu barədə "The Wall Street Journal" xəbər yayıb. 
Qəzet bildirir ki, bu məktub Obamanın oktyabr ayında Əli Xameneyiyə göndərdiyi məktuba cavab olaraq yazılıb. Obama öz məktubunda bildirib ki, əgər İranla nüvə danışıqları müsbət yekunlaşsa, ABŞ-la İran İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq edə bilər. 
Maraqlıdır ki, ABŞ və İranın BMT-dəki nümayəndələri məktublarla bağlı hər hansı açıqlama verməkdın imtina edib. 
Qəzet idda edir ki, İranın ali lideri məktubda bildirib ki, o, bu həftə ərzində nüvə məsələsi ilə bağlı qarşılıqlı güzəştlər əsasında əldə olunmuş razılığı qəbul edə bilər. Bundan başqa, dini lider Qərblə danışıqlara can atan İran prezidenti Həsən Ruhaniyə dəstək verəcəyini də məktubda qeyd edib. 
Agentlik qeyd edir ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya ilə İranın apardığı nüvə danışıqlarının müsbət sonluqla yekunlaşacağı kimsədə şübhə doğurmur. Ancaq bu razılaşmaya müxalif olan tək ölkə İsraildir. İsrailin baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirib ki, bu anlaşma "pis və təhlükəlidir" və yəhudi dövləti bu anlaşmanın pozulması üçün bütün imkanlarından istifadə edəcək. Əks təqdirdə, İsrailin gələcəyi təhlükə altına düşə bilər. /musavat.com/

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024