Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-02-2015, 10:43)
Kadırov: “İŞİD ABŞ-ın məhsuludur”

Çeçenistan rəhbəri Ramzan Kadırov İŞİD terror qruplaşmasını İslama qarşı gizli müharibə elan etmiş ABŞ və digər Qərb dövlətlərinin məhsulu olduğunu bildirib

 

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ramzan Kadırov Qroznıda keçirilmiş “Sufizm insanlar üçün təhlükəsizlik və dövlətlər üçün sabitlikdir” beynəlxalq konfransının materiallarının yer aldığı toplunun təqdimatını şərh edərkən bildirib.
Çeçenistan rəhbəri vəhhabilərin şeytanın yolu ilə getdiyini deyib: “Onlar İslamdan yalnız istədiklərini götürürlər, lakin İslam Allahın kəlamıdır və onu parçalamaq olmaz. Hesabatlar təsdiqləyir ki, İŞİD-in əməllərinin məqsədi İslamı daxildən sarsıtmaq, bütün dünyanı İslamdan üz çevirməyə məcbur etməkdir. Onların qəddarlığı, törətdikləri güllələnmə, baş kəsmə, insanların tonqalda yandırılması səhnələri mömin xəlifələrin və Peyğəmbərin nəvəsinin qatillərinin törətdikləri əməllərin birbaşa davamıdır. İŞİD İslama qarşı gizli müharibə elan etmiş ABŞ və digər Qərb dövlətlərinin məhsuludur”.
“Sufizm insanlar üçün təhlükəsizlik və dövlətlər üçün sabitlikdir” mövzusunda beynəlxalq konfrans ötən ilin avqustunda Qroznıda keçirilib. Konfransda Misir, İndoneziya, İordaniya, Səudiyyə Ərəbistanı, Suriya, Küveyt, Rusiya və digər ölkələrin din xadimləri iştirak ediblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024