Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-04-2023, 14:48)
Ərdoğan: “Türkiyə uğurlu texnoloji təşəbbüslərin bəhrəsini görür”

 “Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür”.

Mediatv.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan ilk Yerin zondlama peykinin - İMECE-nin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyib.

O, “kosmik iqtisadiyyat”ın miqyasına diqqət çəkib:

“2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü də bu rəqəm günü-gündən artır. Biz həm də Türkiyənin Milli Kosmos proqramının icrası fonunda qarşıya qoyulan vəzifələrin üst həddini daim qaldırırıq”.

Ərdoğan 3 il əvvəl Türkiyə Kosmik Agentliyinin yaradıldığını və onun planlarına Aya kosmik aparatın buraxılması, eləcə də ölkə vətəndaşının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinin daxil olduğunu xatırladıb.

Siyasətçi texnoloji sahədə irəliləyişin Türkiyəni dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcəyinə əminliyini ifadə edib.

Ərdoğan Türkiyə istehsalı olan yeni peykin xüsusiyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, yüksək təsvir ayırdetmə qabiliyyəti (1 metrə qədər), siqnal ötürmə sürəti və manevr qabiliyyəti İMECE-ni Türkiyənin ən müasir peyki edir.

“IMECE-nin yaradılması ilə bağlı bütün proses Türkiyədə həyata keçirilib - bu, alt sistemlərə, eləcə də quraşdırma və sınaqlara aiddir. Yeni zondlama peykinin imkanları genişdir: müdafiədən tutmuş fəlakətin qarşısının alınmasına, kənd təsərrüfatından meşə təsərrüfatına və şəhərsalmaya qədər”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan xatırladıb ki, Yer orbitinə buraxılan səkkiz Türkiyə telekommunikasiya peykindən üçü artıq öz missiyasını başa vurub: “Qalan beşi isə ölkənin xeyrinə işləməyə davam edir. İMECE peyki də ölkəmiz üçün daha bir qürur mənbəyidir, Türkiyənin 100 illik yubileyinə həsr olunmuş nailiyyətlərin xəbərçisidir”.шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024