Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-04-2023, 12:54)
Qərb regionda Moskva amilini və rolunu görmək istəmir - Markedonov

 Rusiyanın Ermənistanda avropalı müşahidəçilərin yerləşdirilməsinə mənfi reaksiyası onunla bağlıdır ki, Qərb regionda Moskva amilini və rolunu görmək istəmir.

Mediatv.az axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Rusiya 100 nəfər avropalıdan qorxmur, onların yönəldiyi kursdan təşvişə düşür. Həm AB, həm də ABŞ Rusiyanı konkret oyunçu kimi görmür. Vaşinqton və Brüsselin bölgədə etdiyi hər şey Rusiyanı buradan sıxışdırmağa çalışmaqdır. Mənfi reaksiyaya səbəb olan da budur.

KTMT missiyasının Ermənistana göndərilməsi mümkündür. Baxmayaraq ki, bunun həm obyektiv, həm də subyektiv çətinlikləri var. Təşkilat Ermənistanın təhlükəsizliyini təmin etmək, eləcə də hərbi-texniki yardım göstərmək üçün ona missiya göndərməyə hazır olduğunu iddia edir. Ermənistan rəhbərliyi isə KTMT-nin ötən ilin sentyabr döyüşlərinə siyasi qiymət verməsini israr edərək qərarını hələ də gecikdirir.

Başqa mümkün maneə təşkilatın digər üzvlərinin mövqeyidir. KTMT Rusiyanın mülkü deyil. Bu strukturda fərqli maraqları olan müxtəlif ölkələr var. Və heç də hamı Ermənistanla Azərbaycan arasındakı münaqişəyə müdaxilə etməyə həvəsli deyil. Hər ölkənin öz çətinlikləri var. Belarusun Ukrayna istiqamətində öz problemləri, Orta Asiya respublikalarının da özünəməxsus, məsələn, Qırğızıstanla Tacikistan arasında eyni ziddiyyətləri var.

Bütövlükdə KTMT-nin mövqeyi ilə Rusiyanın mövqeyini hələ də ayırmaq lazımdır. Buna baxmayaraq, müsbət modallıq alınarsa, o zaman tərəflər hekayəni uğurlu nəticəyə çevirə biləcək. Uğur həm Ermənistanın təşkilata üzvlüyü, həm də Rusiya ilə münasibətləri baxımından önəmlidir”, - o bildirib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024