Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-02-2023, 12:38)
"İran XİN başçısının çıxışı zamanı ABŞ səfiri bilərəkdən zalı tərk edib"

 “BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın çıxışı zamanı ABŞ-ın səfiri və başqa nümayəndələri iclas zalını bilərəkdən tərk ediblər”.

Mediatv.az “Amerikanın səsi”nin farsca redaksiyasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iranlı nazir çıxış edərkən ABŞ nümayəndə heyətindən zalda onun səsini yazmaq üçün bir nəfər qalıb.

Sözçü deyib ki, İranda insan hüquqları pozulduğu halda nazirin çıxış etməsi acınacaqlı haldır: “İran rejiminin ikiüzlülüyü, insan hüquqlarına hörmət etməsi barədə bəyanatları riyakarlıqdır. Bu rejim ölkədə dinc nümayiş keçirən etirazları zorakılıqla yatırır, beynəlxalq ictimaiyyətin zülmü dayandırması tələbinə məhəl qoymur”.

N.Prays vurğulayıb ki, bu kimi səbəblərdən rəsmi Vaşinqton səfirin iştirakını məsləhət bilməyib. O, İran hakimiyyətinin BMT nizamnaməsini pozduğunu da qeyd edib.

H.Əmirabdullahian çıxışında bildirib ki, insan hüquqları İran İslam Respublikasının dəyərlərinin əsasını təşkil edir.

Qeyd edək ki, fevralın 27-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası başlayıb.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024