Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-02-2023, 14:34)
"İranı cilovlamağın yeganə yolu hərbi gücdür" - Netanyahu

 İsrailin baş naziri İranla bağlı diqqət çəkən açıqlamalar verib.

Mediatv.az AzVision.az-a istinadla xəbər verir ki, o, Tel-Əvivdə Amerika-İsrail təhlükəsizlik konfransında çıxışı zamanı Tehranın dünyaya təhdid doğurduğunu bildirib.
Netanyahu "təhlükəli dövlətlərin cilovlanması ilə bağlı hansı siyasəti doğru hesab edirsiniz" sualına cavab olaraq İraq, Liviya və Suriyanı misal çəkib. Onun sözlərinə görə, bu ölkələrin hər biri yaxın keçmişdə kütləvi qırğın silahlarının hazırlanmasına cəhd edib və hər bir halda bu cəhdlərin qarşısı hərbi güclə uğurla alınıb. Netanyahu qeyd edib ki, digər tərəfdən isə ciddi müqavimətlə qarşılaşmadan nüvə silahı yaratmağı bacaran KXDR nümunəsi də var.

- Onları dayandırmadılar. Çünki hərbi əməliyyat təhlükəsi yox idi. Buna görə də sonda nüvə potensialını inkişaf etdirdilər, - İsrail rəhbəri qeyd edib.

O, xüsusi olaraq vurğulayıb ki, "etibarlı hərbi güc təhdidi İran kimi ölkələrin nüvə silahı hazırlamasının qarşısının alınmasında yeganə yoldur".

- İndi isə İran nüvə silahı yaratmağa çalışır. Tehranın nüvə proqramının bir illik, 2003-cü ildə İraq müharibəsindən dərhal sonra dondurulmasına nail olunub. Onlar fikirləşdilər ki, siz, yəni Amerika onlara qarşı tədbir görəcək. Buna görə də, dayansalar da sonradan müxtəlif mülki, qondarma tədqiqat təşkilatları ilə maskalanaraq öz proqramlarını təsnif etdilər. Amma onlar öz yollarına davam etdilər. Bir sözlə, İranı dayandırmaq, daha doğrusu, prosesi yavaşlatmaq gördüyümüz müxtəlif tədbirlər, eləcə də tətbiq edilən bəzi sanksiyalar səbəbiylə baş tutdu, - İsrailin baş naziri xatırladıb.

Onun fikrincə, ABŞ-ı İrana qarşı sanksiyalar tətbiq etməyə sövq edən, Tehranı danışıqlar masasına gətirən İsrailin qətiyyətli hərəkətləri olub.

"Həqiqətən yaramaz ölkələri nüvə silahı hazırlamaqdan saxlayan yeganə şey etibarlı hərbi təhdid və ya etibarlı hərbi əməliyyatdır. Bu, sarsıdıcı iqtisadi sanksiyalarla birləşdirilə bilər. Nə qədər uzun müddət gözləsəniz, bir o qədər də proses çətinləşir. Biz çox gözlədik”, - Netanyahu bildirib.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024