Dünya (24-01-2015, 14:25)
İŞİD-ə görə 19 yaşlı amerikalı qız həbs olundu
“Snayper, qaçma, sən də növbəti cəhdlərin birində öləcəksən”
“The Associated Press” agentliyi bildirir ki, Kolorado ştatının inzibati mərkəzi olan Denver şəhərindən olan 19 yaşlı qız cümə günü məhkəmə qarşısına çıxarılıb. Amerikalı gəncin Suriyaya gedərək, İŞİD-ə qoşulmaq istədiyi sənədlərlə sübut olunub. Və bu cəhdinə görə islamı qəbul etmiş xanım 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə çıxış edən qız bildirib ki, o, heç vaxt kimi isə məyus etmək fikrində olmayıb. Şannon Konley bildirib ki, onu yanlış tərəfə istiqamətləndiriblər. O, yalnız həbsindən sonra öyrənə bilib ki, islam bəzi ekstremist qruplar tərəfindən öz istəklərini həyata keçirmək üçün alət kimi istifadə olunur.
“Mən çox şadam ki, onların həqiqi istəyini burada həbsdə olarkən öyrəndim, cəbhə xəttində bunları öyrənsəydim, daha dəhşətli olardı”, Şannon Konley deyib. Müsəlman xanımlar kimi başını örtmək üçün sarı və qara rəngli parçalardan istifadə edən gənc deyib: “İndi mən daha çox şey bilirəm. Bilirəm ki, islam insanları sülhə səsləyir. Terrorçular isə islamı yanlış yozurlar”.
Ancaq ABŞ rayon məhkəməsinin hakimi Raymond Moore deyib ki, o, Şannon Konleyin fikrinin dəyişməsinə o qədər də inanmır. Onun psixoloqa ehtiyacı var.
Hakim müttəhimə müraciətlə deyib: “Mən bilmirəm ki, sizin beyninizdə hansı fikirlər kristallaşıb”.
Şannon Konley aprel ayında həbs olunub. O, artıq təyyarənin içində idi və Suriyaya can atırdı. Suriyada İnternet vasitəsi ilə tanış olduğu oğlana ərə getmək istəyirdi. Həmin oğlan isə terrorçularla birlikdə vuruşurdu. Gənc amerikalı Federal Təhqiqat Bürosuna istintaq zamanı bildirmişdi ki, o, Suriyada tibb bacısı kimi işləmək istəyirmiş.
Federal Təhqiqat Bürosuna o da məlum olub ki, Şannon Konleyin cihadçılara qoşulmaqdan çəkindirmək üçün xeyli cəhdlər göstərilib. Ancaq o, təkidlə bildirib ki, bəli, mən bunun qanuna zidd olduğunu başa düşürəm, ancaq mən onlarla bir yerdə olmaq istəyirəm.
O da maraqlıdır ki, Federal Təhqiqat Bürosu tərəfindən ilk dindirmə keçirilərkən o, üzərində “Snayper. Qaçma, sən də növbəti cəhdlərin birində öləcəksən” yazısı olan köynəklə (T-şötlə) gəlib.
Agentlik qeyd edir ki, ABŞ-da bu kimi işlərə xüsusi diqqət yetirilir. Müxtəlif mərkəzlər anlamağa çalışırlar ki, amerikalı gənclər nədən terrorçulara belə rəğbət bəsləyirlər.
“Biz onları cəmiyyətdən tamamilə təcrid etmək istəmirik. İstəyirik ki, onlar da bütün amerikalılar kimi azad olsunlar. Ona görə də onları başa düşməyə çalışırıq. Bu yola düşmək istəyənləri bəri başdan çəkindirmək istəyirik”, Federal müdafiəçi Robert Pepin deyib.(musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024