Hüquq-mühafizə orqanının əməkdaşları Masallı rayonunda əməliyyat keçirib.
Mediatv.az-ın verdiyi xəbərə görə, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.C. Nəzərovla yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.
Əlavə məlumat veriləcək.