Cəmiyyət (23-03-2020, 15:59)
Nazim Hacıbəyov vəfat etdi
Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Nazim Hacıbəyov bu gün vəfat edib.Mediatv.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat verib.
Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olub.
1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirib. 1950-1960-cı illərdə Özbəkistanda işləyib, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilib.
XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləyirdi. 1970-1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olub. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970-1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.
1979-cu ildə Azərbaycanın əməkdar memarı adına layiq görülüb. 1982-ci ildə "Gülüstan" sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatı, 2000-ci ildə Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
O, 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü idi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
Milli Kitabxanada “25 noyabr - Kəlbəcər şəhəri günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025

























