Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-02-2017, 17:46)
MİLYONLAR İSVEÇRƏDƏKİ HESABLARA NECƏ KÖÇÜRÜLÜB?

dunyamin-cahangir1212

Sabiq deputatın adamları üzünə durdu: “Tapşırığı Xəlilovdan almışam”

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediatv.az:   Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edib.
Prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını oxuyub.
İttihama görə, D.Xəlilov “Beynəlxalq Bank”ın sabiq sədri Cahangir Hacıyev vasitəsilə “Aqora” MMC-nin adına 1 milyon manat məbləğində kredit götürüb şirkətin Norveç filialındakı hesabına köçürüb. Şirkətin rəhbəri Fərhad Əmiraslanovun adına mal mübadiləsi aparılması adı ilə 3,3 milyon dollar kredit verilib, lakin heç bir mübadilə işi aparılıb. Həmin məbləğ İsveçrədəki hesaba köçürülüb. Bu yollarla bir neçə belə əməliyyat həyata keçirilib, Beynəlxalq Banka və Aqrar Kredit Banka külli miqdarda ziyan vurulub.

2b6effe1adfe9fcf066519bb3aaeb557D.Xəlilov və digər təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər. Dünyamin Xəlilov hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib.
Hazırda ev dustaqlığında olan digər təqsirləndirilən Mansur Zeynalov “Azərqaztikinti” şirkətində hüquqşünas işlədiyini deyib.

O, 2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə bir neçə şəxslə yeni şirkət yaratdıqlarını söyləyib: “Bizə dedilər ki, bu normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan “Kongo Group” şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu. Mənə dedilər ki, sən gəl etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək. Belə də etdim”.

M.Zeynalovun sözlərinə görə, bir müddət sonra onu Vergilər Nazirliyinə çağırıb şirkətlə bağlı cinayət işi açıldığı deyilib: “Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər”.
Digər təqsirləndirilən, ev dustaqlığında olan Şakir Musayev isə “İnter Tekstil” ASC-nin İdarə Heyətinin üzvü olduğunu söyləyib.

“Mənim işçilərim Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankda kredit müqavilələrində qol çəkiblər. Mən Dünyamin müəllimi 2006-cı ildən, onun deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də “İnter Tekstil” şirkətinə rəhbərlik edirdi. Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın Mərkəzi Filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım”- deyə o, bildirib.

Şakir Musayev əlavə edib ki, işçiləri və o, nə qədər kreditə qol çəkdiklərini bilməyiblər. O, sadəcə istintaqda öyrənib ki, pullar “Səbail Mebel” şirkətinə köçürülüb.
“Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik. Rəhbərin alnına yazılmır ki. Biz ona hesabat verirdik. Rəsmi şirkət rəhbərləri heç kimi idi”-deyən Ş.Musayevin çıxışına D.Xəlilov münasibət bildirib.

1GSabiq deputat Ş.Musayevə heç bir tapşırıq vermədiyini deyib və ona sual verib: “Siz hardan bilirdiniz ki, o müəssisələr mənimdir?”.
Ş.Musayev tapşırıqları ondan aldığı üçün müəssisələrin də ona məxsus olduğunu bildiyini söyləyib: “Bütün göstərişləri sizdən almışam. Bütün şirkətlərə qeyri-rəsmi rəhbərlik edirdiniz. Ümumiyyətlə, bizim “General Construction”un ofisində yerləşən bütün şirkətlər Dünyamin Xəlilovun idi”.
Ev dustaqlığında olan, təqsirləndirilənlərdən Fərhad Əmiraslanov məhkəmədəki ifadəsində deyib ki, 2005-ci ildən “General Construction” şirkətində departament rəhbəri işləyib.
2007-ci ildə Dünyamin Xəlilovun göstərişi ilə adına şirkət açıldığını bildirib və maaş olaraq da 100 manat aldığını əlavə edib.

“Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum“- deyə təqdirləndidilən şəxs deyib.
“Səbail Mebel” şirkətinin direktoru olan təqsirləndirilən Seyfulla Seyfullayev də Dünyamin Xəlilova qarşı ifadə verib.
Ev dustaqlığında olan S.Seyfullayev deyib ki, D.Xəlilov həmin şirkətin səhmlərini alıb: “Sonra mənə zəng edib ki, Beynəlxalq Bankın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alqı-satqısını ləğv etdik”.

Müttəhimlər kürsüsündə olan D.Xəlilov ifadə verən F.Əmiraslanova sual verərək deyib: “Mən şəxsən sizə tapşırıq vermişəm ki, gedin kredit götürün?”.

F.Əmiraslanov: “Şəxsən sizinlə danışmamışam. Sizin adınızdan başqa adamlar tapşırıq verib”.

Digər təqsirləndirilən Ruslan Əsgərov isə deyib ki, D.Xəlilovun işçisi olub, onun göstərişi ilə adına şirkət açılıb və deyilən sənədlərə qol çəkib.

O, da əvəzində maaşına 100 manat əlavə olunduğunu söyləyib: “Kredit müqavilələrinə qol çəkmişdim. Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim yox idi. Rəhbərlikdən soruşdum, dedilər, sənin adına olan kreditlər bağlanıb”.
Təqsirləndirilənlərdən biri olan, ev dustaqlığındakı “Atəşgah” Dövlət Memarlıq Qoruğunun baş elmi işçisi Rauf Əliyev deyib ki, dostunun xahişi ilə bu işə qoşulub.

O, dostunun “General Construction”un idarə heyətinin üzvü Camal olduğunu bildirib.
Mənə dedi ki, gəl sənin adına şirkət açaq, heç bir iş görməyəcəksən, sadəcə adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri etdim. Adıma “Sportline” şirkəti açıldı. Boş vərəqlərə qol çəkirdim. Sonra da dedilər banka gedib qol çəkmək lazımdır, göstərdilər ki, bura qol çək, ora qol çək, mən də çəkdim. Heç kreditin məbləğini də bilmədim. Qalan məsələləri də istintaqda öyrəndim. Dünyamin Xəlilovu tanımırdım, heç adını da bilmirdim”- deyə o, söyləyib.

Məhkəmədə zərərçəkmiş tərəf kimi Azərbaycan Beynəlxalq Bankı və “Aqrarkredit” ASC tanınıb. Adı çəkilən şəxslər Beynəlxalq Bankdaın götürülən külli miqdarda pulun mənimsənilməsində təqsirli bilinirlər.
Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib(musavat.com).

beynelxalq-bankOnu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bank”ından külli miqdarda kredit alıb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin nə qədər pul mənimsədikləri məlum olub.

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Xəlilov Dünyamin Zakir oğlu və qeyriləri tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə mənimsəmə və israf etmə cinayətlərinə görə həmin dövrün məzənnəsinə görə cəmi 50.057.529,53 manat təşkil edən 51.699.997,47 ABŞ dolları və 7.539.999,63 avro, vergidən yayınma cinayətinə görə 1.752.359,39 manat, vəzifədən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərinə görə cəmi 10.760.850 manat məbləğində maddi ziyan vurulub. Mənimsənilməklə israf edilmiş ziyandan həmin dövrün məzənnəsinə görə 7.254.900 manat təşkil edən 9.000.000 ABŞ dolları ödənilib.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024