Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-04-2016, 19:15)
Məleykə Abbaszadə nöqtəni qoydu: “Pulsuz xidmət yoxdur”

Məleykə-Abbaszadə-500x375

“Publik hüquqi şəxs kimi Dövlət İmtahan Mərkəzi bir neçə ildən sonra Azərbaycanın brendi kimi tanınacaq”.

Mediatv.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Günün nəbzi” proqramında deyib.
O qeyd edib ki, bu vaxta qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi ilə əlaqədar olaraq BMT-nin müxtəlif layihələrində iştirak edib. Hətta bəzən Dövlət icra qurumu olduğumuza görə, müəyyən qrantları almağımıza hüquqi maneələr yaranırdı. Publik hüquqi şəxs kimi isə bu məsələdə qarşımızda həm də iqtisadi cəhətdən daha geniş imkanlar yaranır. Bu məsələlər bizim üçün beynəlxalq aləmdə tərəfdaşlar tapmaq, biliyin qiymətləndirilməsi ilə əlaqədar layihələrdə iştiraka hüquqi əsaslar verəcək. Bir neçə ilə publik hüquqi şəxs kimi beynəlxalq aləmdə öz yerimizi tutacağıq. Təbii ki, Azərbaycanda vətəndaşlara xidmət göstərəcəyik.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanda olan şəffaflıq ənənələri davam etdiriləcək”.
M.Abbazasdənin sözlərinə görə, bundan sonra fəaliyyət istiqamətləri iki istiqamətli olacaq. Həm ödənişli, həm də ödənişsiz olacaq.
Orta məktəblərdə biliyin qiymətləndirilməsi üçün keçirilən attestasiya imtahanları dövlət tərəfindən sifariş edilir. Bu imtahanda iştirak edəcək şəxslərə göstərilən xidmətlər pulsuz olmalıdır. Pulsuz xidmət yoxdur, sadəcə sifarişçi dövlət olduğuna görə, ödəniş də dövlət büdcəsindən olacaq. Lakin hər kəsin iştirakı zəruri olmayan imtahanlar da var ki, bunlar ödənişli əsaslarla həyata keçiriləcək. Bu günə qədər də bir çox özəl qurumlar korporativ imtahanlar sifariş edib. Bu yaxınlarda Beynəlxalq Bank-da sifarişlə müraciət edirdi. əvvəl keçirirdik, bəzən imtina edirdik. Amma bundan sonra biz belə sifarişləri qəbul edəcəyik, açıq olacayıq. Bizdə tərəfdaşlar hüquqi, dövlət və ya özəl sektordan ola bilər”.
Onun sözlərinə görə, universitetlər tərəfindən sifarişlərin yerinə yetirilməsi müzkairə olunacaq.
“Universitetlərdə tələbə kontigentinin formalaşdırılması sifarişi dövlət tərəfindən verilirdi. İmtahanda iştirak edənlər də cuzi miqdarda rüsum ödəyirdi və bu rüsum onlara sərf olunan pulu ödəmirdi, dövlət bunu üzərinə götürüdü”.
M. Abbaszadə qeyd edib ki, bundan sonra bu məsələ direktorlar şurasında müzakirə ediləcək: “Ola bilər ki, universitetlər hər hansı imtahanın keçirilməsini özləri sifariş verə bilər. Bu hər hansı araşdırma və ya qiymətləndirmə proseduru ola bilər.
Biz hər il elmi-statistik təhlil aparırdıq. Bu araşdırmaları aparanda ölkə üzrə ümumi tendensiyaları müəyyənləşdirirdik. Həm universitetlər, həm də regional inkişaf haqqında məlumatlar verirdik.
Lakin bundan sonra hər bir universitetin hansı səpkidə tələbə kontingenti gözlədiyini və bunu hansı səpkidə həyata keçirməli olduğunu, hansı regionda yeni kontingent tapa biləcəyi məsələlərini araşdıra bilərik. Əlbəttə, belə sifarişlər olsa. Çünki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olaraq 20 il ərzində apardığımız təhlillər bizə belə bir elmi məhsul verib”.
Mərkəzin direktoru bildirib ki, Nizamnamədə yaradılması icazə verilsə də hələki hazırlıq kursları yoxdur. “Sınaq imtahanları qəbul imtahanlarının modeli əsasında aparırdıq.
Sınaq imtahanlarının şəbəkəsini genişləndirə bilərik. Mərkəz elan olunan gündən facebook-da bizə aid olmayan “fake” səhifələr yarandı. Biz ilk iclasda qərara aldıq ki, belə səhifə yaradaq və öz məlumatlarmızı ötürək. Sayt vasitəsilə nəinki informasiya veririk, həm də elektron xidmətləri həyata keçiririk”.  /modern.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024