Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-02-2015, 15:45)
Bakı qəbiristanlığında insanlığa sığmayan - QADAĞA + VİDEO

Bakı qəbiristanlığında insanlığa sığmayan - QADAĞA + VİDEO

“Qeydiyyatda olmayanlar dəfn olunmur”.

 

Yeni Suraxanıda qəribə bir addım atılıb. Qəbiristanlıqda bir lövhə vurulub. Orada yazılanları görüb şoka düşməmək olmur.

 

"Mediatv.az" ANS TV-nin Yeni Suraxanı rayonunda yerləşən qəbiristanlıqla bağlı hazırladığı süjeti təqdim edir.

 

İslam dininə görə bir adam dünyasını dəyişərsə, onun qısa bir zamanda basdırılması vacib əməllərdən sayılır. Bunun üçün də şəhər və qəsəbələrdən kənarda qəbiristanlıqlar salınır ki, vəfat edənlər orada dəfn edilsin. Amma Yeni Suraxanı rayonu, 14 iyun küçəsində yerləşən qəbiristanlıqda - “Yeni Suraxanıda qeydiyyatda olmayanlar dəfn olunmur” yazısı bizdə təəccüb doğurdu. Bu zaman ortaya bir sual meydana gəlir. 

 

Bəs dünyadan köçən harada basdırılmalıdır? Yəni bunun üçün xüsusi qəbiristanlıqmı olmalıdır? Məsələni aydınlaşdırmaq üçün məzarlıqda məsul şəxsləri nə tapa bildik, nə də bir məlumat əldə etmək mümkün oldu. Məsələyə münasibət bildirən ilahiyyatçılar dedi ki, qəbiristanlıq tərəfindən verilən bu qərar islama heç də xoş olmayan bir haldır.

 

“İslam dininin baxışında bir insan dünyasını dəyişərsə, onun dəfnində mütləq qeydiyyat deyə bir şey buyurulmayıb. Sadəcə olaraq dəfn olunması və ona məxsus olan əməllər buyurulub. Qeydiyyat məsələsinin dini baxımdan heç bir əsası yoxdur. Din bunu normal qəbul etmir. Çünki hər bir şəxs insandır və hər bir kəs də bir gün dünyasını dəyişəcək. Bu baxımdan hamı üçün torpaq eyni olmalıdır” – deyə ilahiyyatçı Hacı Fuad bildirib.

 

Biz də bu qəribə lövhənin nəyə xidmət etdiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin qəbiristanlıq İcra Hakimiyyətinin nəzarətində deyil. 

 

Biz də Suraxanı rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan verilən məlumata görə, həmin qəbiristanlıq onların da nəzarətində deyil. Amma ilkin ehtimala görə, bu yazının məqsədi ərazidə, kənardan gətirilən cənazələrin dəfn edilməsinin qarşısını almaqdır, deyə bildirdilər. Belə olan halda qəbiristanlığın kimin nəzarətində olduğu və bu qaydaları kimin tərtib etdiyi naməlum olaraq qaldı.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024