Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (4-02-2015, 20:32)
İsmət Abbasovun ətrafında həlqə daralır

 

Baş nazirin müavini İsmət Abbasovun işi yaman cəncələ düşüb.

Tia.az-ın əldə etdiyi mühüm məlumatlara görə, kənd təsərrüfatın naziri olmuş Abbasovun ətrafı “təmizlənir”. Sabiq nazirin irəli çəkdiyi kadrların fəaliyyəti əhatəli şəkildə yoxlanır.
Paralel olaraq, İ.Abbasovun birbaşa üstünə getmədən artıq onun “qol-budağını” budamağa, adamlarını sıxışdırmağa, nazirliyin böyük pulların silindiyi ayrı-ayrı strukturlarını daha ciddi yoxlamağa, vaxtilə Hesablama Palatasının hazırladığı yeyinti dosyesini yeniləməyə başlayıblar.
Həmin qurumlar və onların rəhbərlərinin böyük maliyyə maxinasiyalarını birbaşa İ.Abbasovun razılığı və patronajlığı altında həyata keçirdiyi istisna olunmur. Fəaliyyəti ciddi şəkildə yoxlanılan qurumlar əsasən KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, “İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı və “Aqrolizinq” ASC-dir.
Sözügedən müəssisələrdə böyük maliyyə maxinasiyalarının həyata keçirildiyi şübhəsizdir. Xatırladaq ki, artıq “Aqrolizinq” ASC-nin Ağstafa və Tovuz “Aqroservis” filiallarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı 2007-2014-cü illərdə cəmiyyətin Ağstafa və Tovuz filiallarında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə yolu ilə cəmiyyətə məxsus 50 min 458 manat dəyərində əmlak mənimsəməsi sübuta yetirilib.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024