Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-12-2022, 11:22)
Separatçılar arasında gərginlik: - Arayik və Balasanyan gedir

Separatçılar arasında gərginlik:
Qarabağdakı erməni separatçıları arasında gərginlik pik həddə çatıb. Mediatv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumata görə, separatçıların rəhbəri Arayik Harutyunyan son mitinqdə iştirak etsə də, çıxış etməyib. Bu onun Ruben Vardanyanın yanında ikinci plana keçdiyindən xəbər verir. Həmçinin Vardanyan yaxın günlərdə Arayiki əvəzləmək üçün hazırlıqlara başlayıb.

Lakin qəzet iddia edir ki, Vardanyanın təkcə Arayiklə deyil, həmçinin özünü separatçıların “təhlükəsizlik şurası”nın “sədri” olaraq təqdim edən Vvitali Balasanyanla da münasibətləri gərgindir. “”Artıq Qarabağda hakimiyyət dəyişikliyi başlayıb. Arayik Harutyunyanın son mitinqdə çıxış etməməsi bu dəyişikliyin məxməri formada həyata keçəcəyindən xəbər verir. Qısa müddətdən sonra Vardanyanın Arayikin yerinə keçəcəyi gözlənilir”.

“Hraparak” onu da yazır ki, separatçılar Azərbaycanla münasibətləri normallaşdırmaq istəyən və güzəştə getməyi təklif edənləri də uzaqlaşdırmaq qərarına gəliblər. “İndiyə qədər Azərbaycan və ruslarla Balasanyan danışıqlar aparırdı. Amma bundan sonra onun danışıq aparmaq üçün heç bir səlahiyyəti olmayacaq. O, Xankəndidəki son mitinqdə belə iştirak etməyib. Vəziyyət o həddədir ki, Vardanyan Arayiklə görüşdə birmənalı olaraq bildirib ki, ya o qalacaq, ya da Balasanyan. Harutyunyan ikisindən birini seçməlidir”.

Erməni nəşri daha sonra qeyd edir ki, Balasanyanı əvəz edəcək şəxsin də adı məlumdur. “Balasanyanı əvəz edəcək şəxs “müdafiə ordusu”nun keçmiş komandanı, “Rıjı Levin” ləqəbli Levon Mnatsakanyan olacaq. Bundan başqa, Vardanyanın yeni “hökumət”ində Qarabağ separatçılarının keçmiş rəhbəri Bako Saakyan da iştirak edəcək. O, Vardanyanın aktiv tərəfdarı kimi çıxış edir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024