Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-12-2022, 09:20)
Erməni lobbisinin XANKƏNDİ PLANI... - GƏLİŞMƏ

Erməni lobbisinin XANKƏNDİ PLANI...
Dekabrın 12-dən başlayaraq Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Şuşa-Xankəndi yolunda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirdiyi aksiya erməni lobbisini təşvişə salıb. DİA.AZ qeyd edir ki, hər zaman olduğu kimi Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dəki erməni lobbisi anti-Azərbaycan fəaliyyətini gücləndiriblər. Onlar etiraz aksiyasını “Qarabağ ermənilərinin humanitar yardım blokadası və enerjinin kəsliməsi” adı ilə dünya güdəminə gətirməyə çalışırlar.

Müxtəlif ölkələrdə keçirdikləri aksiyalarda, mediada Qarabağdakı erməniləri mitinq çağırışı ilə çıxış edir və azərbaycanıların bu aksiyasını “ikinci erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Çıxışlarda ABŞ-dən qondarma rejimə humanitar yardım göndərilməsi və Azərbaycana sanksiya tətbiq edilməsi vurğulanır.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında bildirib ki, lobbi dünya ermənilərini məlumatlandırmaq üçün “Twitter”də “Artsax böhranı” aksiyasına başlayıb. Ekspertin sözlərinə görə, məsələ ilə bağlı ABŞ Konqresinin ermənipərəst üzvləri Ağ Ev rəhbərliyinə təzyiqi artırıblar:

"Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa məsələlərini əhatə edən paneli dekabrın 14-də Qafqaz üzrə dinləmələr keçirib. Dinləmələrdə konqresmen Brayan Fitzpatrik, Cim Kosta, Bred Şnayder və Syuzan Uayld Azərbaycana qarşı sərt çıxışlar edərək ABŞ Prezidenti Co Baydenə çağırışlarını səsləndiriblər. Onlar bu məsələdə Amerikanın təcili tədbirlər görməsinə ehtiyacın olduğunu qeyd ediblər. Dinləmədən başqa, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez, Konqresin Erməni Problemləri üzrə Erməni Qrupunun rəhbərliyi və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və Rep Dina Titus, ayrı-ayrılıqda anti-Azərbaycan bəyanatları veriblər. Ermənipərəst konqresmenlər “Tvitter” hesablarında Azərbaycanın əleyhinə paylaşımlar ediblər. Onların məqsədi Qarabağdakı qondarma rejimə Ağ Evin təcili humanitar yardım paketinin ayrılmasıdır. Hətta bununla bağlı erməni qrupunun üzvü olan 30-a yaxın konqresmen dekabrın 16-da Co Baydenə məktub ünvanlayıblar".

F.Hüseynzadə bəyan edib ki, ekoaksiya Qarabağda yaşayan ermənilər üçün heç bir humanitar böhran yaratmır:

"Ümumiyyətlə, aksiya başlayandan humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə olmayıb. Bu müddət ərzində Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya keçirilən məkandan maneəsiz keçiblər. Azərbaycan fəalları sülh aksiyası keçirir. Sülh quruculuğunda Azərbaycanın vətəndaş cəmiyyəti mövqeyi nümayiş etdirir. Bu, Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Aksiyanın Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı məsələsinə də heç bir aidiyyəti yoxdur. Çünki həmin ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Göründüyü kimi, erməni lobbisi və onları dəstəkləyən konqresmenlər yenə də Azərbaycana qarşı böhtan atırlar. Məqsədli şəkildə Qarabağ ermənilərinin problemlərini Azərbaycanın üzərinə atmağa çalışırlar.

Azərbaycan xalqı, QHT-lər, ekofəallar könüllü şəkildə “Eko və mina terroruna son” deyərək etirazlarını davam etdirirlər. Ermənistanın təcavüzkar siyasəti, müharibə cinayətləri haqqında QHT-lərın fəaliyyətinin davamı bu gün Şuşa-Xankəndi yolunda keçirilən aksiyada özünü göstərir.

Bu, Azərbaycan xalqı üçün ümummilli məsələyə çevrilib, xalqımız birlik nümayiş etdirir. Dünya azərbaycanlıları Ermənistanın bu cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində fəallıq göstərməlidir. Xaricdəki soydaşlarımız da Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya dəstək olaraq yaşadıqları ölkələrin KİV-ində, sosial şəbəkələrdə çıxışlar etməlidirlər.

Erməni lobbisinin bu aksiya ilə bağlı yalanlarının ifşa olunması istiqamətində koordinasiyalı şəkildə xaricdə iş görülməlidir. Milli maraqların qorunması xaricdəki soydaşlarımız üçün Vətən məsuliyyətidir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024