Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-01-2015, 18:57)
TQDK-dan tələbələrə- Müraciət

 

ADA Universitetində 2015-2016-cı tədris ili üçün İctimai siyasət, Diplomatiya və beynəlxalq münasibətlər, ixtisasları üzrə magistratura proqramlarına sənəd qəbulu davam edir. 

 

Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ictimai siyasət (MPP) və Diplomatiya və beynəlxalq münasibətlər (MADIA) proqramlarının çərçivəsində tələbələr xaricdə mübadilə proqramı və müxtəlif səfərlərdən yararlana bilirlər.

Böyük Britaniyanın Aberystwyth Universiteti, Glasgow Universiteti, Reading Universiteti, ABŞ-ın Miçiqan Universiteti, Şimali Dakota Universiteti, o cümlədən Fransa, İtaliya, Çin, Yaponiya, Litva, Argentinanın bir sıra nüfuzlu universitetləri ilə ADA Universitetinin əməkdaşlıq və mübadilə proqramları mövcuddur. 

Yerli və xarici professorlar tərəfindən keçirilən dərslərlə yanaşı, tələbələrin il ərzində Avropa İttifaqının sabiq prezidenti Barroso, BMT-nin İnkişaf Proqramının Administratoru və 2014-cü ilin 100 ən nüfuzlu qadınlarından biri hesab olunan xanım Helen Klark, Böyük Britaniyanın Avropa üzrə Naziri David Lidington kimi məhşur siyasi xadimlər və elm adamlarının mühazirələrində iştirak etmək və onları maraqlandıran suallara cavab tapmaq imkanları olacaq. 

Tələbələr proqramların sonunda diplom işinin əvəzi olaraq xarici ölkələrin birində araşdırma məqsədilə on günlük səfərlərdə iştirak edirlər. “Capstone” adlanan bu layihə çərçivəsində ADA tələbələri dörd Afrika ölkəsi və Vyetnam, Monqolustan və Yaponiyaya səfərlər ediblər. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024