Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (25-06-2020, 09:18)
Müavini həbs edilən Sərhəd Xidmətinin rəisinə qarşı mülk ittihamları - təsadüfdürmü...

 


Təxminən 1 ay öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) vəzifəli şəxslərinə qarşı xüsusi əməliyyat keçirdilər. DSX-nin rəis müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanıldılar. Həmin vaxt DSX komandanı general Elçin Quliyevin də tezliklə işdən çıxarılacağı haqda xəbərlər dolaşa da, o, işində qalır. DSX vəzifəliləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq davam etdirilir.

Elçin Quliyevə bağlı ajiotaj səngiyən ərəfədə ona, belə demək mümkünsə, “kosmosdan hücum” baş verib, generalla bağlı sensasion iddialar yayılıb. Belə ki, xaricdə yaşayan bloger Həbib Müntəzir Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb və bir sıra yerli media orqanları da bunu manşet xəbəri ediblər. Müəllif qeyd edir ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır. Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir.

Virtualaz.org şərh üçün Novxanı kənd icra nümayəndəliyinə müraciət edib. İcra nümayəndəliyindən bildiriblər ki, xəritədə göstərilən ərazi dövlət əhəmiyyətli strateji bir obyektdir. Və onun general-polkovnik Elçin Quliyevə heç bir aidiyyəti yoxdur. Bu dövlət obyektində iki helikopter meydançası, avtomobil dayanacağı üçün böyük bir kompleks və ofis binası var. Sayt onu da dəqiqləşdirib ki, Novxanı qəsəbəsində, minlərlə vətəndaş kimi, Elçin Quliyevin də bağ sahəsi var. Lakin göstərilən strateji obyekt dövlətə məxsusdur.

Ümumiyyətlə, Elçin Quliyev zaman-zaman hədəfə alınan generallardandır. Məsələn, 2011-ci ildə mətbuatda Elçin Quliyevin rəhbərlik etdiyi quruma dövlət büdcəsi hesabına 107 milyon manat (o vaxtkı məzənnə ilə 135 milyon dollar) investisiya yatırılması və vəsaitlərin 101 milyon manatının xidmətin obyektlərinin təmir-tikintisinə xərclənməsindən söhbət açılırdı. Təmir-tikinti layihələrində mal və xidmətlərin şişirdilməsi, tenderlərin keçirilməsində qanun pozuntuları barədə məlumatların olduğu iddia edilirdi. Qeyd olunurdu ki, maliyyə auditorları maliyyə axınlarının durumunu araşdırmaqla məşğuldurlar. Paralel olaraq araşdırıcı komissiyanın tərkibinə daxil olan hərbi ekspertlərin Sərhəd Xidmətinin texniki vəziyyətini və sərhədin mühafizəsi ilə bağlı problemləri araşdırmaqla məşğul olmaları bildirilirdi. O dövrdə “Yeni Müsavat”a danışan mənbə qeyd etmişdi ki, yoxlama qəfil keçirilir, hansı səbəbdən başlandığı bilinmir.

Sitat: “Bu, siyasi qərar da ola bilər. Adətən ənənəvi yoxlamalardan öncə xəbərdarlıq edilir. Bu dəfə isə heç bir xəbərdarlıq edilməyib. Ancaq dövlət başçısı xidmətin rəisi Elçin Quliyevə həmişə etimad göstərdiyindən siyasi qərarın verilməsini də birmənalı söyləmək olmaz”.

Maraqlıdır ki, həmin günlərdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan dövlətini təhdid edən bəyanatla çıxış etmişdi. Ona adekvat reaksiya verən yeganə rəsmi şəxs Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev olmuşdu. Elə buna görə də sərhəd xidmətinin qəfil yoxlamalara məruz qalması anlaşılmazlıq yaradırdı...

Həmin dövrdə həmçinin Sərhəd Xidməti rəisinin adı müdafiə naziri postuna iddialılar arasında çəkilirdi. Bu səbəbdən də E.Quliyevin hədəfə gəlməsi hərbi elitadakı intriqaların təzahürünün olması istisna olunmurdu.

Elçin Quliyevin adı daha bir qalmaqala 2017-ci ilin avqustunda qarışmışdı. Həmin vaxt baş nazirin sabiq müavini, “Qaçqınkom”un keçmiş sədri Əli Həsənovun nəvəsi Bakıda ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Hadisə nəticəsində ölən və yaralananlar var idi. Mətbuat həmin vaxt olaya general Elçin Quliyevin adını da qarışdırmışdı. Xatırladaq ki, hadisəni törədən şəxs - Nail Allahverdiyev Elçin Quliyevin kürəkənidir.

Xatırladaq ki, Elçin Quliyev 3 il əvvəl, 2017-ci il iyunun 5-də DSX rəisi vəzifəsinə təyin olunub. Həmin gün prezident İlham Əliyev Elçin Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqda sərəncam imzalayıb.

Bu təyinata qədər Elçin Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı olub. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərmanla Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Əsasnamədən “Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılıb. Yəni Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilib. Həmin gündən Elçin Quliyev Dövlət Sərhəd Xidmətinə rəhbərlik etməyə başlayıb.
“Yeni Müsavat”шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024