Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (1-09-2023, 13:39)
Agentlik rəhbərliyinə YENİ İTTİHAMLAR

 



 İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli QHT sektorundakı neqativlərin - əslində isə, hər biri bir cinayət əməli əhəmiyyətində olan faktların İFŞASINI davam etdirir. Mediatv.az S.Adıgözəllinin növbəti açıqlamasını olduğu kimi təqdim edir:

"QHT Agentliyinin 2023 il qrant müsabiqəsi ətrafında apardığım araşdırmaları davam etdirirəm.
Bugün təqdim etdiyim tək bir faktla , keçirilən müsabiqədə boşluqlar, uyğunsuz qərarlar göz önündədir .
"Qaçqın və Deportasiya olunmuşlara" dayaq ictimai birliyi.
Bu təşkilatın həyata keçirəcəyi lahiyənin adı Narkomaniya ilə mübarizə istiqamətində tədbirlərin təşkilidir. Ayrılan qrant vəsaiti isə 7000 manat.
Gəlin diqqət edək qrant ayrılmış təşkilatın adına və həyata keçirəcəyi lahiyəyə...
Göründüyü kimi ictimai birliyin adından da məlum oldugu qədər birliyin fəaliyyət istiqamətləri ilə təqdim etdiyi lahiyə arasinda böyük uyğunsuzluq mövcuddur. Təkcə bu fakt kifayət edirki, QHT agentliyinin lahiyələrin qiymətləndirilməsi istiqamətində hansı nöqsanlara yol verdiyinin şahidi olaq.
Agentlik rəhbərliyi bildirir ki, xüsusi ekspertlər tərəfindən lahiyələr analiz olunaraq, şəffaf qiymətləndirmə həyata kecirilib.
İndi mənə agentlik rəhbərliyi izah etsin görək ki, yuxarida qeyd etdiyim təşkilata hansı meyarlar çərçivəsində qrant ayırıbdir .
QHT agentliyi konkret olaraq 2023 cü il qrant müsabiqəsi ilə bağlı (Heydər Əliyev, Qərbi Azərbaycan və kicik) lahiyələrin ekspertlər tərəfindən qiymətləndirilməsi , müşahidə şurasının üzvləri tərəfindən verilən balları şəffaf şəkildə butun ictimaiyyətə aciqlasinlar .
Müsabiqədə iştirak edən hər bir təşkilat lahiyələrinə verilən rəylər haqqında açıq şəkildə tanış olsunlar.
Vətəndaş cəmiyyətində hər bir fəaliyyət şəffaf və açıq olmalidir.
QHT agentliyi bu şəffaflığı təmin etməkdə bilavasitə borcludur.
Yuxarda adını qeyd etdiyim təskilati yaxından vəya uzaqdan tanımıram. Ola bilər ki, deportasiya və qaçqın məsələlərində bəlli bir təcrübəsi olsun.
Lakin agentlik tərəfindən dəstəklənən, ictimai birliyin fəaliyyət istiqamətlərilə uygunsuzluq təşkil edən lahiyənin ugurla həyata keçirilməsi sual altındadır. Bu məsələdə də yenə məsuliyyət ünvanı QHT Agentliyidir.
Bu günkü təqdim etdiyim araşdırmanın sonunda QHT Agentliyi müşahidə şurasının üzvlərinə müraciət edirəm.
Şuranın sədri Azay Quliyev və icraçı direktor Aygün Əliyeva dönə-dönə bəyan edirlər ki, müsabiqə ilə bagli qərarlar, istiqamətlər üzrə siz müşahidə şurasının üzvləri tərəfindən verilib. Bu məsələyə sizin münasibət bildirməməyiniz ictimaiyyətdə haqlı narahatçılıq yaratmaqdadır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024