Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (28-03-2023, 11:19)
Laçının baş planı hazırlanır

Laçının baş planı hazırlanır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində olan publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Laçın şəhərinin baş planının hazırlanması üzrə məsləhətçi xidmətləriylə bağlı keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Mediatv.az  yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi İsveçrənin “Sapartners Kovari + Kovari” şirkəti olub.
Laçın şəhərinin baş planının hazırlanması üzrə məsləhətçi xidmətlərinə görə “Sapartners Kovari + Kovari” şirkətinə 297 min 556 manat 66 qəpik ödəniləcək. Şəhərin baş planı ilə bağlı məsləhət xidmətləri 27.03.2023-cü il tarixindən 27.12.2023-cü il tarixinədək olan dövrü əhatə edəcək.
Məlumat üçün bildirək ki, “Sapartners Kovari + Kovari” şirkəti ötən il Qubadlı şəhərinin baş planının hazırlanması üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən 745 min 458 manat 71 qəpik alıb.
Bundan başqa “Sapartners Kovari + Kovari” şirkəti 2021-ci ildə Zəngilan və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı keçirilən tenderin də qalibi olub.
Zəngilan şəhərinin baş planının hazırlanması üçün “Sapartners Kovari + Kovari” şirkətinə 620 min 361 manat 7 qəpik, Kəlbəcər şəhərinin baş planın hazırlanması üçün isə 670 min 694 manat 63 qəpik ödənilib.
Onu da bildirək ki, işğaldan azad olunmuş digər şəhərlərin – Şuşa və Cəbrayılın baş planının hazırlanması üçün Böyük Britaniyanın “Chapman Taylor” şirkətinə 7 milyon 586 min 88 manat 89 qəpik, Füzuli şəhərinin baş planının hazırlanması üçün Bakı Dövlət Layihə İnstitutuna 991 min 200 manat ödənilib.
Qeyd edək ki, Füzuli şəhərinin baş planının hazırlanması işləri 10.05.2022-ci ildə, Şuşa şəhərinin baş planının hazırlanması işləri 21.07.2022-ci il tarixində, Cəbrayıl şəhərinin baş planının hazırlanması işləri isə 16.09.2022-ci ildə başa çatmalı idi.
шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024