Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (23-02-2018, 14:06)
Suraxanı Gənclər Evi Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirdii

Suraxanı Gənclər Evi Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirdii

 

Suraxanı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbirkeçirilmişdir. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Suraxanı Gənclər Evinin direktoru Natavan xanım Rüstəmova giriş sözü ilə tədbiri açıq elan edib. O Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Suraxanı Gənclər Evinin metodistləri Fərəh Məcidzadə və Kamil Yaqubov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Onlar bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb.

Suraxanı Gənclər Evinin nəzdində fəaliyyət göstərərən "Günəş" rəsm studiyasının rəhbəri Ülviyyə Paşayeva da öz növbəsində Xocalı soyqırımı haqqında fikirlərini bildirib.

Tədbir kamança ifaçısı Bəxtiyar Hüseynov, tar ifaçısı Tunar Behbudlu və xanəndə Pünhan Piriyevdən ibarət ansamblın çıxışı ilə davam edib. Onlar,sözləri Əhməd Cavada mənsub olan ”Çırpınirdı Qara Dəniz”,xalq mahnımiz olan”Sarı Gəlin” canlı şəkildə ifa ediblər. Daha sonra çıxış edən rayonun fəal gənci Kənan Azərbaycan xanəndəlik sənətində Şikəstənin iki növü olan “Qarabağ Şikəstəsi”ni ifa ediblər. Məmmədov slayd üzərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində misli görünməyən ən qanlı faciələrdən biri olan Xocalı soyqırımından danışdı. Bildirdi ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.

"Xocalı harayı" adı ilə şeir, foto və rəsmlərdən ibarət müsabiqənin nəticələri elan olunub. Müsabiqə nəticəsində fərqlənən rayon gəncləri diplomlar ilə mükafatlandırılıblar. #ARGİN #Qarabağ #Xocalı #XocalıyaƏdalət #Suraxanı#GənclərEvi #SuraxanıGənclərEvi #MYS #Karabakh #Khojaly#JusticeForKhojaly #Surakhany#YouthHouse #SurakhanyYouthHouse#VirtualKarabakh #Qarabağ #Karabakh#Bakı #Baku #Azərbaycan #Azerbaijan

 

Suraxanı Gənclər Evi Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirdii
Suraxanı Gənclər Evi Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirdii

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024