Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-02-2021, 11:35)
Azərbaycanda pensiya almaq “xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb

Azərbaycanda pensiya almaq “xoşbəxtliyi” kimlərə nəsib olacaq?
Tətbiq olunan müasir pensiya sistemi və mövcud əməkhaqqı ilə Azərbaycanda əmək pensiyaçısı olmaq heç də asan deyil.

Görünən odur ki, yaxın gələcəkdə bu “xoşbəxtliyə” nail olacaq şəxslərin sayı məhdud olacaq. Əvvəla ona görə ki, ölkəmizdə əmək qabiliyyətli şəxslər arasında muzdla işləyənlərin sayı o qədər çox deyil. Son açıqlamalara görə, muzdla çalışanların sayı təxminən 1,7 milyon nəfərə yaxındır ki, onların da yarısının əmək haqqı 343 manatdan aşağıdır. Əmək qabiliyyətli şəxslərin bir qrupu qeyri-leqal çalışdığı, digər bir qismi isə işsiz olduğu üçün onların pensiya təyinatı ümumiyyətlə mümkün deyil.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, pensiyaya çıxmaq 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Qeyd edək ki, burada güzəştli qruplar istisna edilir. Onu da əlavə edək ki, əmək pensiyası ala bilməyən şəxslərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir. Minimum əmək pensiyasının məbləği artdıqca pensiya kapitalı da artmış olur. Bu kapitalı yığmaq isə indiki şəraitdə böyük əksəriyyətin imkanları xaricindədir. Bu səbəbdən də əmək pensiyasının təyinatı məsələsində yeni yanaşmanın qoyulması zəruri hesab edilir.

Bəs, pensiya təyinatı məsələsinə yanaşmanı hansı formada dəyişmək olar ki, əmək pensiyaçısı olmaq daha əlçatan olsun?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov “Mediatv.az” a açıqlamasında bildirib ki, hazırda yaşa görə əmək pensiyasına çıxmaq üçün şəxs üçün yığım hissəsi 28 800 manatdırsa, əmək pensiyasının minimum həddi 300 manat olarsa, (hazırda 200 manatdır-müəll.) onda yığım hissənin də həcmi artaraq 43 200 manat təşkil edəcək: “Sadə dillə desək şəxs yaşa görə əmək pensiyasına çıxarkən, onun yığıdığı vəsait 12 ilə bölünür (indiki halda 28 800 manat : 12 il :12=200 manat). Əgər şəxs yaşa görə əmək pensiyasına çıxana qədər minimum yığımı edə bilməyibsə, bu zaman 25 il sığorta stajı olduqda ona yenə də yaşa görə əmək pensiyası təyin olunacaqdır.

Sual verirsiniz ki, yığım hissəni azaltmaq olarmı? Fikrimcə, bu mümkün deyil və ölkə üzrə müəyyən olunan minimal əmək pensiyasının həddinə müvafiq olaraq artmaqda davam edəcək. Bu halda mənim təklifim sadəcə pensiya almaq üçün müəyyən edilən orta ömür həddini, yəni 12 ili həddini azaltmaq olar. Məsələn, 8 il və ya 6 ilə qədər. Bu halda da Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri kifayət etməyəcək. Onsuz da fond normal yığım həyata keçirə bilmir. Ölkədə məşğul sayılan əhalinin yalnız üçdə biri əmək müqaviləsi ilə işləyənlərdir. Onların da özəl sektora aid hissəsinin bir qismində qara mühasibatlıq mövcuddur”.

Bu baxımdan da Sahib Məmmədov hesab edir ki, ən yaxşı yol əmək haqqının artımıdır: “Ya da qeyri-formal əmək bazarının hüdudlarının minimallaşdırılmalıdır. Son bir neçə ildə kiçik uğurlar var. Nəticədə DSMF büdcəsi artıb və dövlətdən transferin həcmi 10% azalıb”.

Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu isə mövcud sistemi kasıb əhali üçün tələ hesab edir. O, sosial şəbəkə hesabında bildirib: “Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir. Əgər sizlərdən kimsə işləyirsə, ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir. Əgər sizlərdən kimsə işləyirsə, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir. Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43 200 manata qalxacaq. Hazırda 28 800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43 200 manatı necə toplayacaqlar? Görün, kasıb əhali üçün necə tələ qurulub, bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir. Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər - əmək qabliyyətli əhalinin yarısı - hazırkı şərtlərlə və göstəricilərlə hətta 65 yaşına çatsa da belə, onlara pensiya deyil, qocalıq müavinəti veriləcək”.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024