Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-01-2021, 11:27)
Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda - GİLEY

Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun qohumu yolkəsənlik edib. Bu haqda redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 saylı binada yaşayan Natiq Ələsgərov məlumat verib. Vətəndaş bildirib ki, yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin Azadxan adlı sahibi dükanın M.Əliyev küçəsinə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş hissəni zəbt edib.

Vətəndaş deyir ki, sakinlər dəfələrlə Azadxandan piyada yolunun zəbtinə son qoyulmasına tələb ediblər: “Azadxan da deyir ki, heç kimdən və heç nədən qorxmur, piyada yolunu kəsməyə ona ”Memar-2" MTK-nın keçmiş sahibi Xədicə Mamant qızı Nəsirli icazə verib. Xədicə Nəsirli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun yaxın qohumudur. Deyirlər ki, bibisi qızıdır. Fakt odur ki, Yasamal rayonu, M.Əliyev küçəsi, 45 ünvanında piyada yolu zəbt edilib, özbaşına tikili tikilib və piyadalar məcbur qalıb həmin hissədə maşın yoluna çıxırlar. Bu isə hər an təhlükə deməkdir. Üstəlik, mövcud tikinti qaydalarından, bu ünvandakı layihədən kənar çıxaraq Bakı şəhərinin gözəlliyini korlayır".

Vətəndaş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək özbaşına tikilinin sökülməsini, piyadaların təhlükəsizliyinin təmin edilməsini, gediş-gəliş yolu açılmasını xahiş edib".

Vətəndaş piyada yolunun zəbt edilərək market tikilməsi əks olunan fotoları da redaksiyamıza təqdim edib.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 03 2021 23:56
8 03 2021 23:34
8 03 2021 23:12
8 03 2021 23:08
8 03 2021 20:56
8 03 2021 20:12
8 03 2021 19:30
8 03 2021 19:12
8 03 2021 18:29
8 03 2021 18:12
8 03 2021 18:12
8 03 2021 17:53
8 03 2021 17:30
8 03 2021 17:12
8 03 2021 17:00
8 03 2021 16:30
8 03 2021 16:17
8 03 2021 16:00
8 03 2021 15:48
8 03 2021 15:33
8 03 2021 15:17
8 03 2021 15:02
8 03 2021 14:51
8 03 2021 14:33
8 03 2021 14:16
8 03 2021 14:00
8 03 2021 13:44
8 03 2021 13:27
8 03 2021 13:18
8 03 2021 13:04

{sape_links}{sape_article}