Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-02-2014, 10:08)
Ermənistandan bizə nə gəlir? – Bəyanat

 

“Son vaxtlar bir sıra mətbu orqanda Azərbaycanın daxili bazarında, guya, Ermənistanda istehsal edilən kartof məhsullarının satılması ilə bağlı həqiqətə uyğun olmayan əsassız informasiyalar yayılıb”. 

“Mediatv.az”ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı rəsmi məlumatda deyilir. Komitə bildirib ki, Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na uyğun olaraq, ölkəyə idxal olunan kənd təsərrüfatı, o cümlədən kartof məhsullarının mənşə, fitosanitar, gigiyenik sertifikatları və digər zəruri sənədləri gömrük orqanlarına təqdim olunur. Bu sənədlər ciddi şəkildə yoxlanıldıqdan sonra məhsulun ölkə ərazisinə idxalına icazə verilir. Adıçəkilən sənədlərdə şübhə doğuran məqamlar olduğu halda, gömrük orqanları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilir.
DGK-nın verdiyi bəyanatda, həmçinin vurğulanır ki, Azərbaycanın daxili bazarında Ermənistanda hazırlanmış kartof məhsullarının satılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur və bu məlumatlar həqiqətə uyğun deyil.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024