Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-04-2014, 09:25)
Yasamal rayonu: 2014-cü və qarşıdakı illər üçün daha böyük hədəflər müəyyən edilmişdir

Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin Yasamal rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülmüşdür.

2014-cü ilin birinci rübü ərzində rayonda sənaye məhsulu istehsalının ümumi həcmi 52,8 manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 368,5 milyon manat olmuşdur. Bundan başqa rabitə xərcləri 5 8,5, tikinti-quraşdırma işləri üzrə xərclər isə 122,3 milyon manat olub. Əsas kapitala yönəldilmiş investisiyadar 223,5 milyon manat, əmtəə dövriyyəsi 240,6 milyon manat, əhaliyə göstərilən pulu xidmətlər 133 ,9 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-mart aylarında rayonda 1089 yeni iş yeri açılmışdır. Rayonun müxtəlif prospekt, küçə, park və meydanlarında sanitar təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmışdır.

Xatırladaq ki, ötən ilin yen\kunları da Yasamal rayonu üçün ürəkaçan göstəricilərlə yaddaqalan olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammı»nın Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Əlavə tədbirlər Planı» çərçivəsində həyata keçirilən irimiqyaslı işlər Yasamal rayonununda iqtisadi və sosial sferalarında əsaslı dönüş yaratmışdır. Son bir ildə rayon ərazisində böyük vüsətlə aparılan tikinti-quruculuq işləri ilə yanaşı, geniş miqyaslı abadlıq işləri də görülmüşdür. Ümumilikdə, 2011-2013-cü illərdə Yasamal rayonunda məhəllədaxili yollara 264 min kvadratmetr, magistral yollara isə 916 min kvadratmetr asfalt örtüyü salınmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində rayon ərazisində aparılan abadlıq və yenidənqurma işləri paytaxtın ümumi görünüşünə də öz müsbət təsirini göstərmişdir. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Yasamal Bələdiyyəsi tərəfindən Şərifzadə küçəsindəki bəzi evlərin və bələdiyyənin mərasim evinin ətrafında nümunəvi həyət salınaraq abadlıq işləri aparılmışdır. Burada bir çox avadanlıqlar quraşdırılaraq sakinlərin istirahəti üçün zəruri olan bütün şəraitlə təmin edilmişdir. Rayon ərazisində bəzi evlərin qarşısında nümunəvi məhəllə yaradılmış, həyətdə abadlıq işlərinə manne olan qeyri-qanuni tikililərlə zəbt olunmuş torpaq sahələri ətrafına çəkilmiş hasarlar sökülmüşdür.

Rayon sakinlərinə xidmət səviyyəsinin yüksəldilməsi və onların ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, yerli sahibkarlığın dəstəklənməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin arxa tərəfində yerləşdirilmiş yarmarkanın fəaliyyəti davam etdirilmişdir. 5 kənd rayonun təhkim olunduğu bu yarmarkaya şənbə və bazar günləri 60-75 ton kənd təsərrüfatı məhsulları satışa çıxarılır.

Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi tapşırıqların nəzarətində olmuşdur. Rayon sakinlərinin içməli su problemini aradan qaldırılması istiqamətində də səmərəli işlər görülmüşdür. Əhalinin və müəssisələrin təbii qaza və elektrik enerjisinə olan tələbatının ödənilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılmışdır.

Ötən ildə əhalinin sosial müdafiəsi istiqamətində işlər davam etdirilmiş, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ünvanlı dövlət sosial yardımı təyin edilən şəxslərin sayında 2012-ci illə müqayisədə azalma müşahidə olunmuşdur ki, bu da yoxsulluğun azalmasının göstəricisidir. Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon Şöbəsi tərəfindən 33825 nəfər təqaüdçüyə xidmət göstərilmişdir, pensiyaların ödənilməsində gecikmələrə yol verilməmişdir.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunın artırılması üzrə Dövlət Proqramı» çərçivəsində işlər uğurla davam etdirilmişdir. Bakı Dövlət Universitetinin tələbə şəhərcisində məskunlaşmış 5508 nəfər üzvü olan 767 ailə Müşfiqabad qəsəbəsində inşa edilmiş müasir tipli və hər bir məişət təminatı olan mənzillərə köçürülmüşlər.

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində əsaslı işlər görülmüş, məktəblər, uşaq bağçaları və səhiyyə ocaqlarında təmir və yenidənqurma işləri aparılmışdır. Belə müəssisələrdən 7-nin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onların bir çoxunda isə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Belə bir diqqət həmin müəssisələrin kollektivləri ilə yanaşı, bütövlükdə rayon sakinlərində böyük ruh yüksəkliyi yaratmışdır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən rayonun 20 və 308 saylı tam orta məktəbləri «İlin ən yaxşı məktəbi» adına layiq görülmüş, 20 saylı məktəbin ingilis dili müəllimi Təranə Əliyeva, həmin məktəbin kimya müəllimi Fatma Mustafazadə 60 saylı məktəbin ibtidai sinif müəllimi Gülçöhrə Məmmədova və 158 saylı məktəbin ibtidai sinif müəllimi Mahuzar Əliyeva «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi elan edilmişlər.

Ulu öndər Heydər Əliyevin zəngin irsinin ümumtəhsil müəssisələrində daha səmərəli öyrədilməsi məqsədi ilə rayon ərazisində yerləşən tam orta məktəblərin 11-ci sinif şagirdləri üçün keçirilən dərslər zamanı Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimizin qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.

Vətəndaşların qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması məsələsi Yasamal rayonunlda həmişə prioritet vəzifələrdən hesab olunub. Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mehdiyevin bu məqsədlə yerlərdə səyyar qəbullar keçirməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Çünki belə qəbullarda vətəndaşları narahat edən problemlər dinlənilir və yerindəcə həll olunur.

2013-cü ilin bütövlükdə, 2014-cü ilinsə birinci rübünün sosial-iqtisadi yekunları bir daha təsdiqləyir ki, Yasamal rayonunda qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur. 2014-cü ildə daha böyük sferaları əhatə edən yeni hədəflər müəyyən edilmişdir. Dövlət başçısının sərəncamı ilə «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair» Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramında Yasamal rayonunun da qaz, elektrik enerjisi, su, istilik təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması, küçə və yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri öz əksini tapmışdır. Ümidvarıq ki, cənab İ.Mehdiyevin rəhbərliyi altında rayonun tərəqqipərvər qüvvələri qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024