Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (25-11-2021, 10:12)
Texniki Universitetdəki özbaşınalıqlar: NAZİRLİK NƏDƏN SUSUR?

 


 "Hörmətli oxucu siz artıq günlərdir gündəmi zəbt edən Azərbaycan Texniki Universitetinin problemləri barədə məlumatlısınız. Yazılan bütün şikayət məktublarından Universitetimizdə olan vəziyyətin necə də acınacaqlı olduğunu tam aydın görmək olar. Vilayət Vəliyev rektor vəzifəsinə təyin olunan gündən Universitetimizin problemlərini həll edəcəyini söyləmişdi". Bu barədə DİA.AZ-a müəllimlər adından göndərilən mnüraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazırlar: "O, gün keçdikcə problemləri həll etmək adıyla yeni-yeni və daha da böyük problemlər yaratdı. Texniki Universitet mənim öz şəxsi mülkiyyətimdir deyib axşam yuxuda gördüyü hər nə var idisə həyata keçirməyə başladı. İlk öncə tələbələrə heç bir çətinliyiniz olmayacaq deyib onları savadsızlıq astanasına gətirdi. Tələbəni narazı salan müəllim anında şiddətli töhmətlə cəzalandırılıb, işdən azad olunurdu. Bununla bəlkə də tələbələrin könlünü almaq istəyirdi ki, özünə savadsız tərəfdaşlar yetişdirsin. Daha sonra Universitetin yüksək vəzifəli şəxsləri işindən azad etdi, yeni tərəfdaşlarını onların yerinə təyin etdi.

Əslində Vilayət Vəliyev rektor təyin olunanda Universitet müəllimləri çox sevinmişdilər. çünki, artıq 3 il idi ki, Universiteti prorektor Xalıq Yahudov idarə edirdi. X.Yahudovun rəhbərliyi dövründə isə Universitetdə korrupsiya baş alıb getmişdi. Bütün işçilər onların bütün problemlərini həll olunacağı üçün sevinmişdilər. Hətta həmin dövrdə Azərbaycan Texniki Universitetinin bir çox köklü kafedralarında yaranmış problemlərin həllinə də heç bir səy göstərmədi. Baxmayaraq ki, həmin 3 kafedranın bütün müəllimləri həm fərdi, həm də kollektiv şəkildə rektorun qəbulunda olmuşdular. Rektor isə bütün problemlərin həll olunması üçün çalışacağına söz vermişdi.

İlk olaraq Texniki Universitetin bu kafedralarından biri olan İstilik energetikası kafedrasından danışaq. Kafedrada baş verən problemlərə də cənab rektor diqqət etmədi. Qeyd edək ki, həmin kafedra Universitetin ən qocaman kafedralarındandır. Hansı ki, elm aləminə çoxlu tanınmış mütəxəssislərlə öz tövhəsini vermişdir. Kafedranın problemi isə XalıqYahudov, Sübhan Namazov, Abuzər Mirzəliyev korrupsiya qrupunun birlikdə saxta çeçki ilə kafedra müdiri vəzifəsinə erməni əsilli biri olan korrupsioner, savadsız və mədəniyyətdən uzaq olan Lalə Əzizovanın təyin etməsi olmuşdu. Qeyd edək ki, bu korrupsionerin kafedrada müdir olduğu dövrdə bütün müəllimlərin şərəf və ləyaqəti alçaldılırdı. Belə ki, Universitetə heç də yaraşmayan danışıq tərziylə, küçə sözləri ilə işçiləri təhqir edirdi. Onunla birlikdə işləməkdən yorulan professor və dosentlər işdən öz ərizələri ilə çıxıb getdilər. 1,5 il ərzində L.Əzizova bakalavrların buraxılış işinə və magistr dissertasiyalarına görə külli miqdarda rüşvət toplamışdı. Vilayət Vəliyev rektor təyin ediləndən sonra kafedra əməkdaşları ondan problemlərinin həll etməsini xahiş etdilər. Rektor onların problemlərini həll edəcəyini bildirdi. İlk olaraq həmin kafedraya yoxlama təyin etdi. Yoxlamanın nəticəsində ortaya çıxan bütün çatışmazlıqlara, rüşvət alınmasının təsdiqlənməsinə baxmayaraq, təhsildən başı çıxmayan rektor kafedranı daha da bərbad günə qoydu. Kafedranı Hidravlika kafedrasıyla birləşdirdi. Daha sonra yenidən ayırıb Elektroenergetika kafedrasıyla birləşdirdi. Hələ korrupsioner L.Əzizovanı Energetika və Avtomatika fakultəsinə dekan təyin etdi. Kafedranı dağıdan L.Əzizova artıq Energetika və Avtomatika

fakultəsini də bərbad günə qoymağa başladı. Belə ki, ancaq rüşvət almağı bacaran bu qadın dekan olduğu müddətdə tələbələrin imtahan vedumostlarını və bir çox dövlət əhəmiyyətli sənədləri yoxa çıxardı. Əsgərlikdə olan tələbələrə saxta imtahan təşkil edərək onlara diplom verilməsini təmin etdi. Kəsri olan tələbələrin adına stipendiya kartı açdırıb pulları özü mənimsədi. Tədris hissəsinin keçmiş müdiri Qəmər xanıma brilyant üzik rüşvət verdiyi üçün vəzifəsindən azad edildi. Ona heç bir töhmət verilmədi və işindən azad edilmədi. Baxmayaraq ki, sadaladığımız bütün iradlar L.Əzizovanın cinayət məsuliyyətinə cəlb olunmağı üçün yetərlidir. Rektor isə maddi maraqları çərçivəsində onun bütün əməllərinə göz yumdu. Hal-hazırda həmin korrupsioner Enerji Effektivliyi və YET kafedrasında (keçmiş İstilik Energetikası) yarım ştat dosent vəzifəsində işinə davam edir. Necə olur ki, V.Vəliyevin qarşısında baş əyməyən təhsil sahəsində hər zaman dürüst olaraq çalışan professor, dosentlər işdən çıxarıldı, ancaq bu korrupsioner yox. Görünür rektor Vilayət Vəliyevin də bu korrupsionerlə ortaq maraqları var. Hətta bəlkə də ondan da yetərli miqdarda vəsait alıb ki, onu işdən çıxartmır.

Növbəti məktubumuzda biz digər 2 kafedranın problemləri haqqında da yazacayıq.

Ümid edirik ki, aidiyyəti qurumlar Universitetimizdə baş verən bu hadisələrə biganə qalmayacaqlar".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024