Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-05-2018, 17:00)
Deputat: Xarici borclanma ilə bağlı narahatlığa ehtiyac yoxdur

Deputat: Xarici borclanma ilə bağlı narahatlığa ehtiyac yoxdur

 

Parlamentin bu gün keçirilən plenar iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Mediatv.az  xəbər verir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O qeyd edib ki, Milli Məclis dövlət büdcəsinə və bütövlükdə büdcə zərfinə daxil olan qanunların icrasına nəzarət edən bir qurumdur:

“Parlament hər zaman mütəmadi olaraq dövlət büdcəsinin icrası ilə bağlı məsələləri müzakirələrə çıxarır. Bu gün dünyada qlobal risklər artır, konfliktlərin sayı azalmaq əvəzinə, çoxalır. Amma bunların müqabilində Azərbaycan dinamik və sürətli inkişaf yolu ilə irəliləyir.

2017-ci ildə dövlət büdcəsinin icrası zamanı kəsir müşahidə olunub. Ancaq bu da obyektiv səbəblərlə bağlıdır. Yəni kəsir də fiziki şəxslərin gəlir vergilərindən yaranıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlərin həcmində azalma var”.

Z. Səmədzadə həmçinin qeyd edib ki, bir sıra müəssisələrin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı araşdırımalar aparılmalıdır:

“Bilinməlidir ki, bu azad olunmalar iqtisadi artıma necə təsir edib. Onların obyektiv qiymətləndirilməsini aparmalıyıq. Çünki yalnız bundan sonra Milli Məclis hökumət qarşısında müəyyən problemlərin həlli ilə bağlı məsələ qaldıra bilər”.

Komitə sədri onu da diqqətə çatdırıb ki, Vergilər Nazirliyi Vergi Məcəlləsinə müəyyən ciddi dəyişikliklərin olunması ilə bağlı təkliflər hazırlayıb:

“Hesab edirəm ki, bu dəyişikliklər də dövlət büdcəsinin maliyyə təminatının güclənməsinə öz töhfəsini verəcək”.

O, çıxışında ölkədə sosialyönümlü siyasət həyata keçirildiyini xatırladıb və bildirib ki, bu istiqamətdə nəzərdə tutulan bütün layihələrin icrasına nail olunub.

“Bu sahədə heç bir dayandırılma olmayıb. Bununla yanaşı, hesab edirəm ki, təhsil xərclərinin strukturunda dəyişikliklər aparılmalıdır. Yəni, texniki peşə təhsilinin inkişafı üçün büdcədən daha çox vəsat ayrılmalıdır”.

Z. Səmədzadə xarici borclanma ilə də bağlı ciddi narahatlığa ehtiyac olmadığını sözlərinə əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024