Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (19-06-2014, 21:33)
Prezidentlər hansı avtomobilləri sürür? - SİYAHI+FOTO

Prezidentlər hansı avtomobilləri sürür? - SİYAHI+FOTO

 

İstər ölkə daxilində, istərsə də səfərlərdə dövlət başçısının siyasətdən kənar imicini formalaşdıran şərtlərdən biri də prezidentlərin xidməti istifadəsində olan avtomobilləridir. Kennedinin təbirincə desək, ölkə ilk növbədə olimpiya oyunlarında qazanılmış qızıl medallarla və prezidentlərin limuzinlərilə tanınır. Maraqlıdır, bəs 21-ci əsrdə siyasi liderlər dünyanın siyasi tarazlığını saxlamaq üçün görüşlərə, qəbullara, tədbirlərə hansı avtomobillərdə tələsirlər?

Modern.az saytı bunu araşdırmağa çalışıb.


Azərbaycan Prezidenti İlham Əliyevin xidməti istifadəsində olan əsas avtomobil zirehli “Maybach 62” limuzinidir. İlham Əliyev arabir özü də sükan arxasında əyləşir. Açılışlar zamanı yeni salınmış yolların və keçidlərin rahatlıq və keyfiyyət səviyyəsini yoxlamaq üçün prezident İlham Əliyev avtomobili bir çox hallarda özü idarə edir.

 


Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gül rəsmi tədbirlərə "Mersedes" markalı zirehli avtomobillə gedir.

 


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama zirehli “Cadillac prezidential” avtomobilində gəzir. Bu avtomobil məxsusi olaraq Amerika prezidenti üçün hazırlanıb. Onun hazırlanmasına 1.1 milyon dollar sərf olunub. Avtomobilin bəzi texniki xarakteristikaları məxfi saxlanılır. Barak Obama da arabir sükan arxasına keçir.

 


Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Mercedes-Pullman” avtomobilinə üstünlük verib. 1 milyon dollar qiyməti olan avtomobilin uzunluğu 6 metrdir. Prezidentin avtomobili təhlükəsizlik baxımından ən müasir texnologiyalarla təchiz edilib. Vladimir Putin tez-tez sükan arxasında öz sürücülük məharətini sınayır.

 

 

Fransa prezidenti Fransua Ollandın avtoparkında bir neçə avtomobil olsa da, o daha çox “Citroen DS5”də gəzməyə üstünlük verir.



Öz ölkəsinin avtomobil sənayesinə etibar edən Yaponiya İmperatoruAkihito “Toyota Century Royal” limuzinindən istifadə edir. Avtomobil məxsusi olaraq imperator üçün hazırlanıb.

 

İtaliya prezidenti Ciorcio Napolitano öz ölkəsində istehsal olunan “Lancia” avtomobilində gəzir.

 

Çin Xalq Respublikasının sədri Si Tszinpin də xidməti avtomobil seçimində yerli istehsala üstünlük verib. “Hongqi HQE 7600” zirehli limuzinin adı tərcümədə “qırmızı bayraq” mənasını verir.

 

Almaniya kansleri Angela Merkel yerli istehsal olan “Audi A8 Long” avtomobilində hərəkət etməyə üstünlük verib. Xanım siyasətçinin zirehli limuzininin qiyməti 1 milyon avroya yaxındır. Şəxsi avtomobilini isə Angela Merkel özü idarə edir.

 

 

Böyük Britaniyanın baş naziri Devid Kemeron zirehli “Jaguar XJ Sentinel” avtomobilindən istifadə edir.

Arzu edək ki, prezidentlərin bu avtomobillərdə tələsdikləri görüşlər dünyanın əmin-amanlığına, sülhə xidmət etsin.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024