Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-02-2021, 21:49)
İcra başçısı olmayan bağçaya müdir təyin edib?

İcra başçısı olmayan bağçaya müdir təyin edib?


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu kənd 2 saylı körpələr evi-uşaq bağçasına müdir təyin edib.

Bu vəzifəyə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsələhətçisi Mehdiyeva Aysel Azad qızı gətirilib.

Lakin sözügedən təyinat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, Poylu kənd sakinlərinin iddiasına görə, icra başçısı olmayan bağçaya müdir təyin edib.

Məsələ burasındadır ki, 2 saylı körpələr evi-uşaq bağçasının əvvəlki binası 2015-ci ildə rayonun sabiq icra başçısı Məhərrəm Quliyev tərəfindən sökdürülüb. Yeni binanın tikintisi üçün yer qazılsa da, 6 ildir ki, tikilməli olan uşaq bağçasından əsər-əlamət yoxdur.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən İcra Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirib ki, 2 saylı körpələr-uşaq bağçası hazırda fəaliyyət göstərir:

"Bağça hazırda köhnə tibb məntəqəsinin binasında yerləşir. Təzə bina üçün layihə də hazırlanıb. Texniki və sənədləşmə işləri də aparılıb. İkimərtəbəli olacaq binanın tikintisinə hələ başlanılmayıb. Sosial şəbəkələrdə paylaşılan foto bir neçə il əvvəl sökülən binanın yerini əks etdirir. Amma bu o demək deyil ki, bağça yoxdur. Bağçaya uşaqlar gəlir, işçiləri də var".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 03 2021 23:56
8 03 2021 23:34
8 03 2021 23:12
8 03 2021 23:08
8 03 2021 20:56
8 03 2021 20:12
8 03 2021 19:30
8 03 2021 19:12
8 03 2021 18:29
8 03 2021 18:12
8 03 2021 18:12
8 03 2021 17:53
8 03 2021 17:30
8 03 2021 17:12
8 03 2021 17:00
8 03 2021 16:30
8 03 2021 16:17
8 03 2021 16:00
8 03 2021 15:48
8 03 2021 15:33
8 03 2021 15:17
8 03 2021 15:02
8 03 2021 14:51
8 03 2021 14:33
8 03 2021 14:16
8 03 2021 14:00
8 03 2021 13:44
8 03 2021 13:27
8 03 2021 13:18
8 03 2021 13:04

{sape_links}{sape_article}