Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (15-11-2021, 13:48)
Məhkəmə ilə “YELO bank” vətəndaşın mənzilini əlindən bu yolla alırlar

Nizami rayon Məhkəməsi ilə “YELO bank” vətəndaşın mənzilini əlindən bu yolla alırlar
Nəsimi rayonu 4-cü M/R 20 yanvar küçəsi ev 23 mənzil 10-da yaşayan Abbasov Kamran Şamil öğlu və Şükürova Əsmər Əzizağa qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Adminstrasiyası Hüquq Şöbəsinin müdirinə, Maliyyə naziri Samir Şərifova, Mərkəzi Bankın İdarə Heyyətinin sədri sədri Elman Rüstəmova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə Hüquq Şurasına? Bakı Apellyasiya Məhkəməsinin sədrinə? Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər naziri Vilayət Eyvazova, cavabdeh olaraq onlardan yenidən kredit ödənişini məhkəmə qaydasında tələb edən “YELO bank” ASC- ilə Nizami rayon Məhkəməsini hakimi arasındakı gizli anlaşmadan daha bir şikayət məktubu ünvanlanıb. Şikayət məktubunda deyilir ki:

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Belə ki, 2014-cü ilin dekabrın 22-də evimizi “Nikoyl bank”a girov qoymaqla 12000 manat pul ( 15300 USD- 0.78 manat= 1dollar kursu ilə ) illik 26 faiz olmaqla kredit götürmüşüdük. Kreditimiz bu illər ərzində tam bağlanıb. “Nikoyl bank”ın maliyyə hesabları “YELO bank”ın hesabına keçdikdən sonra bu bank girov qoyduğumuz evin sənədlərini geri qaytrmaq əvəzinə həmin ödənilmiş krediti əsassız olaraq mənim adıma yazıb və əlavə 40000 manat da pul tələb edir. İndi də evimi əlimdən almaq üçün Nizami rayon məhkəməsinə əsassız iddia qaldırıb. Baxmayaraq ki, əlimdə bankın məndən qanunsuz tələb etdiyi pul tələbinin əsassızlığını sübut edən və mənim borcun tam ödənilməsini təsdiq edən sənədlərim var. Ona görədə hesab edirəm ki, bankın mənə qarşı törətdiyi qanunsuzluqları nəzərə alaraq mənim bankdan kredit müqaviləsi ilə aldığım kreditin vaxtında və tam mədaxil olunub-olunmaması müəyyən edilməli, bankın ödədiyimiz kreditləri düzgün mədaxil etməyən və mədaxil qəbzlərini qəsdən təsdiqləməyən işçilərinin araşdırılaraq müəyyən edilməsi qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri məhkəmə istintaqı aparılmalıdır. Buna görə də biz Nizami rayon Məhkəməsinə yazılı vəsatət verərək məhz bu məsələnin – ödədiyim sənədlər üzrə nəticənin ekspert rəyi əsasında ortaya çıxmasını xahiş etmişdik. Lakin hakim bunun əksinə olaraq bizim girov evimizin ekspert təyin edilərək vəsatətimizin əksinə olaraq ipoteka predmetinin qiymətləndilməsi barədə 2(007)-2712/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərar qəbul edərək ekspertiza təyin etmişdir. Bu tam qanunsuz haldır.Ona görə bu qərardan verdiyimiz apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim Azad İmanov şikayətimizi əsassız olaraq qeyri-mümkün hesab etmişdir.

Xatırladım ki, “Kredit Bürosu” MMC-nin rəsmi çıxarışına əsasən bankdan aldığım 14.823 manat məbləğin əvəzində tam ödənilmiş 47.631 manat göstərilmişdir. Bu məbləğ Kredit Bürosunun 05.07.2021-ci il tarixli çıxarışı əsasında əvvəlki tarixlərdə çıxarışların əsasında aldığım kreditin tam ödənilməsi sənədlərlə təsdiqlənir. Yəni bankdan aldığımız pulu vaxtında və tam mədaxil olmuşdur. Baxmayaraq ki, 10.04.2019-cu il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bizim əsas kredit borclarımızın bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya edilmişdir. Digər tərəfdən əgər kreditlərin ödənilməsi zamanı mədaxil qəbzlərinin “Nikoyl bank” işçiləri tərəfindən birtərəfli olaraq rəsmən təsdiqlənmirsə və ödədiyimiz pullar maliyyə maxenasiyalarına məruz qalırsa, bu bizim günahımız sayılmır. Və bank daxildə işçiləri tərəfindən törədilən cinayət faktlarını özləri daxili təhqiqatla araşdırmalı idilər. Bizdən yendən ödədiyimiz pulları tələb etməli deyildirlər. Ona görə də zərurət yaranıb ki, pul vəsaitlərinin hərəkətlərini əks etdirən mədaxil və ilkin mədaxil-məxaric sənədlərinin, bankdan alınmış kredit pulun vaxtında və tam mədaxil olub-olmamasının müəyyən edilməsi üçün maliyyə-mühasibatlıq ekspertizası təyin edilərək nəticəsi istintaq orqanlarına təqdim edilməlidir.

Çox hörmətli Prezident İlham Əliyev! Hazırda şübhəli bank fəaliyyətilə məşğul olaraq bizi kimi sadə vətəndaşların kredit ödəmələrini müxtəlif maliyyə maxenasiyaları ilə mənimsəyərək yenidən müştərilərindən məhkəmə qaydasında kredit ödənişi tələb edən “YELO bank” ASC-nin son illərdəki fəaliyyətinin araşdırılmasını və təqsirkarların qanunsuz fəaliyyətlərinə hüquqi qiymətlərin verilməsi üçün aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.

Eyni zamanda Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədova tərəfindən qanunazidd olaraq girov evimizin ekspert təyin edilərək vəsatətimizin əksinə olaraq ipoteka predmetinin qiymətləndilməsi barədə 2(007)-2712/2021 saylı, 11 avqust 2021-ci il tarixli əsassız qərarından verdiyimiz apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim Azad İmanov şikayətimizi əsassız olaraq qeyri-mümkün hesab etmişdir. Biz ədalətli məhkəmə çəkişməsi tələb edirik. 
//aktualinfo.org//
шаблоны для dle 11.2

Xəbər lenti
1 12 2021 17:26
1 12 2021 17:12
1 12 2021 17:01
1 12 2021 16:50
1 12 2021 16:42
1 12 2021 16:36
1 12 2021 16:16
1 12 2021 16:05
1 12 2021 16:00
1 12 2021 15:44
1 12 2021 15:31
1 12 2021 15:10
1 12 2021 14:53
1 12 2021 14:40
1 12 2021 14:32
1 12 2021 14:25
1 12 2021 14:08
1 12 2021 14:00
1 12 2021 13:50
1 12 2021 13:36
1 12 2021 13:27
1 12 2021 13:13
1 12 2021 13:03
1 12 2021 12:55
1 12 2021 12:42
1 12 2021 12:30
1 12 2021 12:20
1 12 2021 12:05
1 12 2021 11:54
1 12 2021 11:41