Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (28-03-2018, 12:30)
Müəllim 13 yaşlı şagirdlə cinsi əlaqədə olmaqda ittiham edilir

Müəllim 13 yaşlı şagirdlə cinsi əlaqədə olmaqda ittiham edilir

 

ABŞ-ın Arizona ştatında yaşayan müəllim 13 yaşlı məktəbli ilə sekslə məşğul olmaqda günahlandırılıb.

Mediatv.az  xəbər verir ki, bu haqda “New York Post” yazır.

Məhkəmənin məlumatına görə, 27 yaşlı Brittani Zamora (Brittany Zamora) fevralın 1-dən martın 8-nə kimi üç dəfə şagirdlə gecələməyə macal tapıb, həmçinin görüşlər zamanı onunla Brittaninin maşınında bir neçə dəfə oral sekslə məşğul olub.

Yeniyetmə deyir ki, onların münasibəti müəllimin onunla flirt etməsindən və çılpaq şəkillər göndərməsindən sonra başlayıb. Qadın şagirdə “onu hər gün və daha çox istədiyini” yazıb. Daha bir şagird polisə bildirib ki, müəllim ona da öz şəkillərini göndərib.

Oğlanın valideynləri hadisədən xəbər tutduqdan sonra müəllim həbs olunub: onlar uşağın telefonuna müşahidə üçün əlavə yüklədikdən sonra ona gələn əxlaqsız mesajları aşkar ediblər. Valideynlər məktəb rəhbərliyinə bu barədə danışıblar, məktəb rəhbərliyi isə öz növbəsində polisə müraciət edib.

Qeyd olunur ki, Zamoranın əri var. Zərərçəkmişin valideynləri bildiriblər ki, kişi yeniyetmənin atasına zəng edərək, görüşməyi təklif edib və hökumətə xəbər verməmələri barədə yalvarıb. O bildirib ki, “onun arvadı çox böyük səhv edib, lakin uşaqları sevir”.

Qadın 250 min avro məbləğində girov ödəməklə azadlığa çıxa bilər, amma əgər bu baş verərsə, o, həmin məktəbdə işləməyə davam edə bilməz. Ona hansı cəza tətbiq olunması barədə məlumat verilmir.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024