Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (8-10-2021, 09:41)
"Ovqat"ın məhsulları OVQATIMIZI TƏLX EDİR... - İTTİHAM

 



Kolbasadan söhbət düşəndə ən çox yadıma 2 məsələ düşür.
Birincisini, kolbasa sexində işləyən tanışım danışıb. Onun dediyinə görə, axşam işdən çıxanda qazanlar təmizlənmədən qalır sexlərdə. Və sabah işə gələndə görürük ki, siçovullar daraşıb ət qalıqları olan qazanlara.
Əlavə nəsə yazmağı belə rəva bilmirik.
İkinci yadıma düşən isə ölkədə LEŞ TOFİQ kimi tanınan adamdır.
Bu adam on illərlə Azərbaycan vətəndaşlarına ölmüş at, eşşək ətindən, xəstə heyvan cəmdəklərindən kolbasa, dönər yedirtdi. Onu həbs etsələr də qısa müddətdən sonra azadlığa buraxdılar.
Sözümüzün canı odur ki, ətdən hazırlanan və ətdən neçə dəfə ucuz olan kolbasanın tərkibi hamıya bəlli olsa da, bu barədə tədbir görən yoxdur.
Bəli, kolbasa və sosiska məhsulları cəmiyyətimiz üçün ciddi təhlükədir. Xərçəng xəstəliyinin və digər xəstəliklərin mənbəyi də budur. Amma “LEŞ MAFİYASI” öz əməllərindən əl çəkmir və milyonlar qazanır.
Bu ciddi təhlükənin qarşısını almaq üçün ölkə rəhbərliyi səviyyəsində addımlar atıldı, hətta bu məqsədlə dövlət qurumu – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) yaradıldı. Amma etiraf edək ki, bu qurum da gözləntiləri doğrulda bilmədi.
Haqqında bəhs edəcəyimiz “Ovqat” kolbasaları barəsində də saytlarda, sosial şəbəkələrdə kifayət qədər yazılıb.
Axı, yuxarıda əbəs yerə qeyd etmədik ki, kolbasa və sosiskalar guya ətdən hazırlanır, amma ətin qiymətindən ən azı 2-3 dəfə ucuz olur. Çünki həmin kolbasalara o qədər karton, donuz piyi qatırlar. Bir də kolbasaların hazırlandığı ət bazarda gördüyümüz bahalı ət deyil, ölmüş xəstə heyvan ətidir. Allah qoymasa, üstünə də HALAL sözünü yazırlar.
Bu kolbasaların hazırlandığı sexlər isə kustar üsulla fəaliyyət göstərir, müasir texnologiyalardan uzaqdırlar.
“Ovqat” kolbasaları da digər məhsullar kimi heç bir normativlərə cavab vermir, üstündə yalandan qoyun əti, mal əti yazırlar. Məhsulun üzərində istifadə edilən xammalın sertifikatı yoxdur.
Görəsən kolbasa istehsalçıları niyə məhsulun üstünə yazmır ki, Hindistandan gətirilən ucuz camış ətindən hazırlanıb ?
Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkədə it ətindən hazırlanan kolbasalar da satılır.
“Ovqat” şirkətinin rəhbəri Anar Rzayev isə istehsal etdiyi kolbasa məhsulları haqqında yazılanları inkar edir.
Anar müəllimə deyən lazımdır ki, buyur ictimai nəzarət təşkil elə, qoy vətəndaşlar nə istehsal etdiyinizi öz gözləri ilə görsünlər.
Anar Rzayevdən soruşmaq lazımdır ki, “Ovqat” şirkətinin istehsalı olan kolbasasının içindən milçək çıxması, nə tez yadından çıxıb ?
Sonda üzümüzü tuturuq, AQTA-ya, İqtisadiyyat Nazirliyinə.
Cənablar ! Siz millətə yedirilən leş ətindən, ölmüş heyvan cəmdəklərindən xəbərsizsiniz ?
Ölkə başçısı sizlərə bu boyda etimad göstərib, səlahiyyət verib, dövlət qurumlarına rəhbər təyin edib.
Sizlər isə bu səlahiyyətlərdən “Leş Tofiq”ləri qorumaq və öz cibinizi doldurmaq üçün istifadə edirsiniz.
//gundelik-baku.com//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024