Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (22-05-2018, 13:43)
Gəncə Dövlət Universitetindən şikayət var

Mediatv.az-ın elektron poçtuna Gəncə Dövlət Universitetinin fəxri professoru Rəşad Nuriyev tərəfindən müraciət daxil olub.Şikayətçi, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramova ,eləcə də Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova ünvanladığı müraciətdə yazır:

   Gəncə Dövlət Universitetinin ən nüfuzlu fakültələrindən biri də Tarix-coğrafiya fakültəsidir. Bu fakültənin dekanı Urfan Həsənov Saxta veteran kitabçası aldığı kimi, saxta elmlər namizədi, saxta dosent olub və bu gün saxtakarlıqla məşğul olur. Özü kimi saxta adamları da yığıb başına fakültəni alt – üst edirlər. Məsələn, mötəbər fakültənin aparıcı kafedrası olan Coğrafiyada diplomu saxta olan müəllimi fakültə elmi şurasına təyin edilib. Bununla bağlı sosial mediada yazı da yayımlandı. Nədənsə bu yazıya aidiyyati orqanlar lazımi səviyyədə münasibət bildirmədilər. Çox maraqlıdır, saxta veteran və saxta diplomlu müəllim universitetdə necə işləyir? Bu saxtakarların arxasında duran kimdir? Bu sualların cavabını ictimaiyyətə açıqlamaq lazımdır. 

        Saxta veteranın arxasında Müdafiə Nazirliyi, saxta diplomlu müəllimin isə Təhsil Nazirliyimi  durur? Ölkənin müharibə şəraitində olduğunu nəzərə alsaq belə saxta veteran necə oldu ki, bu statusa malik oldu? Tələbimiz bundan ibarətdir ki, vaxtilə saxta veteran məsələsi üstündə cinayət işi qaldırılmış və sonradan bu işi ört basdır etmişlər. Axı niyə? Görünür bu məsələdə qara gözə görünməz əllər nəsə sehirli işlər görüb və saxta veteran məsələsini ört basdır ediblər.
Digər tərəfdən saxta diplomu olan müəllim hansı universiteti və harada bitirdiyindən xəbəri yoxdur. Soruşsan ki, harada hansı dildə təhsil alıbsan bilməyəcək. Çünki, diplomda göstərilən rəsmi universitetdə hansı dildə təhsil verildiyini belə bilmir. Tacikistanda tədris ya tacik dilində ya da rus dilində olmalıdır. Anca bu müəllim nə tacik dilində bir söz bilir, nə də rus dilində. Yaxşı sual çıxır ortaya orada təhsil hansı dildə olub?
Tacikistan mənşəli bu saxta diplom Azərbaycanda Təhsil Nazirliyi tərəfindən nostrifikasiya prosedurundan keçməyib. Çünki ağlı başında olan hər hansı normal adam saxta diplomu nostrifikasiya üçün nazirliyə verməz, o diplomun doğruluğunun araşdırılmasına risk etməz. Tutaq ki, hətta əgər o diplom saxta yox, həqiqi olsa belə, əgər nostrifikasıya olunmayıbsa, GDU-nun coğrafiya kafedrasının müəllimi haqqında bəhs etdiyimiz həmin diplomu Azərbaycan təhsil sistemi üçün yenə yararsız sayılır. Nə qədər ki, gec deyil, saxta diplomla elmi dərəcə alıb Gəncə Dövlət Universitetində müəllimlik edən bu zatın əlindən tutub auditoriyadan səssiz-səmirsiz çıxarmaq, o saxta diplomu da müsadirə edib əşyayi-dəlil kimi cinayət işinin arasına qoymaq, illərdən bəri dövlət büdcəsinə vurulmuş maddi zərəri ödətdirmək lazımdır (çünki, o, illər ərzində saxta diplomla müəllimlik edərək dövlətdən külli miqdarda maaş alıb).Bunu etmədiyimiz üçün bu şəxs koridorlarda haykırır.Bunu da hamımızın təpəsinə çıxaran fakültə dekanı,taksi şoferi ləqəbli ermənilərə benzin satan Urfan Həsənovdur.
Buradan GDU-nun rektoru Yusif Yusibova müraciət edirəm.Cənab Yusibov,məlumunuz edirəm ki, təhsil nazirinin əmrinə əsasən, əsərlərində plagiat faktları aşkar olunan şəxslə əmək müqaviləsinə xitam verilməlidir.Siz bu əmrə tabe olmayıb dosent yeri üçün elan verirsiz. Bu təhsil nazirinin əmrinə sadəcə hörmətsizlikdir.
Cənab rektor! əgər siz bu məsələyə ciddi münasibət göstərməsəniz təyin etdiyin saxta veteran dekan Urfan Həsənov və saxta diplomlu Coğrafiya kafedrasının müəllimi sizin üçün baş ağrısı olacaq. Çünki, Məsələyə saxta veteranlığa görə Müdafiə Nazirliyi, saxta diploma görə Təhsil Nazirliyi qarışacaq. Hər iki Nazirlik obyektiv, çox dürüst nazirliklərdir. Zakir Həsənov və Ceyhun Bayramov özləri də bu məsələdə maraqlı olacaqlar. Göstərilən hər iki saxta məsələ ilə əlaqədar aidiyyatı Nazirliklərə müraciət ünvanlanacaq. Nə qədər ki, gec deyil məsələni yerindəcə və sakitcə səs-səmir çıxmadan həll edin.

   Qarşı tərəfin mövqeyini öyrənmək üçün GDU-lə əlaqə saxladıq.Daxil olmuş müraciəti cavablandırmağa söz versələr də GDU-dən heç bir cavab gəlmədi....

                                                      

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024