Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-02-2018, 15:30)
BP Azərbaycanda ötənilki neft hasilatı ilə bağlı rəqəmləri açıqladı

BP Azərbaycanda ötənilki neft hasilatı ilə bağlı rəqəmləri açıqladı

 

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2017-ci ildə gündə orta hesabla 588 min barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton neft hasil olunub. 

Mediatv.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Məlum olub ki, il ərzində blokdan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib: 

“İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (51 min), “Mərkəzi Azəri” (137 min), “Qərbi Azəri” (124 min), “Şərqi Azəri” (82 min), “Dərinsulu Günəşli” (117 min) və “Qərbi Çıraq” (77 min) platformalarından birlikdə – gündə orta hesabla 588 min barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub”.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG-nin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, “Chevron” - 9,57%, “Inpex” - 9,31%, “Statoil” - 7,27%, “ExxonMobil” - 6,79%, TP - 5,73%, “Itochu” - 3,65%, “ONGC Videsh Ltd.” (OVL) - 2,31%.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024