Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (8-12-2017, 19:30)
SOCAR Vyetnam şirkətini neftlə təmin edəcək

SOCAR Vyetnam şirkətini neftlə təmin edəcək

 

SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti Vyetnamın “Binh Son Refining and Petrochemical Co” (“BSR”) şirkətini “AzəriLayt” (“Azeri Light”) markalı neftlə təmin edəcək.

Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “SOCAR Trading SA” ilə “Binh Son Refining and Petrochemical Co” bununla bağlı müqavilə imzalayıblar. 2018-2021-ci illəri əhatə edəcək müqaviləyə görə, “SOCAR Trading” “BSR”-ni ayda 3 milyon barel “AzəriLight” markalı neftlə təmin edəcək. “SOCAR Trading” qeyd edilən dövrdə Vyetnam şirkətinin aylıq 2 milyon barel digər markalı xam neftlə təminatını həyata keçirəcək.

Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR-ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkətin bazar dəyəri təxminən 1,15 milyard ABŞ dollarıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024