Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-04-2018, 08:30)
Times: II Yelizaveta Məhəmməd peyğəmbərin nəslindən ola bilər

Times: II Yelizaveta Məhəmməd peyğəmbərin nəslindən ola bilər

 

Böyük Britaniyanın kraliçası II Yelizaveta bilavasitə Məhəmməd peyğəmbərin nəslindəndir.

Mediatv.az  “Times”a istinadən xəbər verir ki, belə bir iddialı bəyanatla, kraliçanın 40-cı nəsilə qədər  “ailə ağacını” araşdırmış Mərakeş qəzeti çıxış edib.

Bu nəzəriyyə hələ 1986-cı ildə ildə “Berk zadəganlarının kitabı” tərəfindən gündəmə gətirilib. Geneologiya ilə məşğul olan nəşr, həmin vaxt II Yelizavetanın İspaniyada hökmranlıq etmiş və Hz.Məhəmmədin nəslindən olan müsəlman kralları ilə qohum əlaqələrinin olduğu iddiasını irəli sürmüşdü.

Bu nəzəriyyənin nə üçün yenidən Mərakeşə geri döndüyü aydın olmasa da, gündəlik qəzet bu qohumluq əlaqələrini sübut etmək üçün hətta genealoji ağacı da tərtib edib.

Məqalə bir çox müsəlman ölkələrində böyük maraq doğurub. Bir məşhur mərakeşli bloger, sosial şəbəkədə zarafatyana “Allah Kraliçanı qorusun” yazısını paylaşıb.

“Times” yazır ki, bu qohumluq iki din və krallıq arasında “körpü salır”.

Tarixçi Devid Starki bu nəzəriyyənin maraqlı və “qeyri-absurd” olduğunu bildirsə də, onun hələ ki, isbat olunmadığını və 1980-cı illərə kimi o qədər də populyar olmadığını  qeyd edib.

Tarixçi hesab edir ki, kraliçanın Riçard Konisburqa qədər gedib çıxan nəsil şəcərəsi “hər hansı şübhə doğurmur” və İngiltərə və İspaniya kral ailələri arasında çoxsaylı qarışıq nikahların olması bir faktdır.

Devid Starki həmçinin əlavə edib ki, İspaniyanın orta əsr monarxları İslam dünyasının kral sarayları çox yaxın olub və bir-birilə sıx əməkdaşlıq edib.

Nəşrin versiyasına görə, nəzəri nəsil şəcərəsində ən güclü bənd İspaniyada XI əsrdə yaşamış  Zahidə adlı müsəlman şahzadəsi ola bilər. Belə ki, böyük ehtimalla o, orta əsrlərin  İspaniyasında  xristiyan və müsəlman krallıqlarını birləşdirən əsas bənd olub.

 “Berk zadəganlarının kitabı” nın keçmiş naşiri Harold Bruks-Beyker  “dəmir ledi” Marqaret Tetçerə 80-ci illərdə məktub yazaraq, ondan kralıçanın mühafizəsini gücləndirməsini xahiş etmişdi.

“Çox az Britaniyalı onun damarlarında Məhəmmədin qanının axdığını bilir. Ancaq bütün müsəlman dini liderləri bu fakta qürur duyur”, - deyə o yazırdı.

шаблоны для dle 11.2

Xəbər lenti
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024