Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-02-2018, 09:46)
Breyvik peşman olub

Breyvik peşman olub

 

21 il müddətinə azadlıqdan məhrum edilmiş və Şien həbsxanasında cəza çəkən norveçli terrorçu Andres Breyvik törətdiyi əməllərə görə peşman olduğunu bəyan edib.

Mediatv.az  xəbər verir ki, bu barədə “VG” qəzeti onun ötən il pentensiar xidmətin rəhbərliyinə ünvanlandığı məktuba istinadən məlumat yayıb.

O, “faşist, milli-sosialist və neonasist ideologiyasından” imtina etmək niyyətində olduğunu və intizamlı məhbus olacağını vəd edib.

“Mən 22 iyul 2011-ci ildə törətdiyim əməllərə görə peşmanam, mümkün olsaydı, onun heç vaxt baş verməməsi üçün əlimdən gələni edərdim”, – deyə o, məktubda qeyd edir.

Psixiatr Henninq Vorey belə bəyanatlara inanmamağı məsləhət görüb.

“Aydın görmək olur ki, Breyvik manipulyasiya etməyə çalışır”, – deyə ekspert bildirib.

Məktub 2017-ci ilin yaz aylarında yazılıb. Breyvik məhkəməyə müraciət edərək, kamerada tək saxlanıldığına görə təzminat istəyib, lakin məhkəmə onun tələbini təmin etməyib

22 iyul 2011-ci ildə Breyvik iki terror aktı törədib. Əvvəl o, Osloda hökumət binasının yerləşdiyi məhəllədə partlayış törədib – hadisə nəticəsində səkkiz nəfər həlak olub. Bundan sonra cinayətkar Norveç Fəhlə Partiyasının Yutoya adasındakı gənclər düşərgəsinə yollanaraq, 69 nəfəri qanına qəltan edib.

Məhkəmə Breyviki 21 il müddətinə azadlıqdan məhrum edib. Bu, Norveçdə  məhbusa verilən ən böyük cəzadır. Habelə məhkəmə onun hələ də cəmiyyət üçün təhlükəli olduğunu hesab edərsə, cəza müddəti dəfələrlə artırıla bilər. Hazırda terrorçu üç otaqlı kamerada saxlanılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024