Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-08-2015, 13:53)
McDonald`s-da biabırçılıq: əlil qadını ağlatdılar, qovdular - FOTO

McDonald`s-da biabırçılıq: əlil qadını ağlatdılar, qovdular - FOTO

Norveçdə McDonald's-la bağlı böyük qalmaqal yaşanır.

Görmə qabiliyyətini itirmiş Tina Mari Asikaynen 5 yaşlı qızı ilə birlikdə Fredrikstad şəhərində McDonald's restoranına gedib. O, kor olduğu üçün bələdçi köpəyinə güvənirdi.
Tinanı restorandan qovublar.
"Mənə dedilər ki, qızımı və köpəyimi də götürüb dərhal çıxım, tərk edim restoranı. Dedilər ki, itlə restoran girmək olmaz. Halbuki labrador cinsindən olan köpəyim Reksin boynunda "bələdçi köpək" yazılmış medalyon vardı. Yemək sifariş verdik, masa arxasına oturduq. Heç iki dəqiqə keçmədi ki, restoranın işçilərindən biri gəlib oranı dərhal tərk etməyimizi tələb etdi", - Tina Mari Asikaynen deyib.
Onun sözlərinə görə, restoranı ağlayaraq tərk edib.


Norveç qanunvericiliyinə görə, gözdən əlillər bələdçi köpəkləri ilə birlikdə ictimai iaşə obyektlərinə daxil olaraq xidmətdən yararlana bilərlər.
Tinanın ağlayaraq restorandan çıxmasını polislər görüblər. Onlar qadına yaxınlaşaraq niyə ağladığını soruşanda Tina başına gələnləri danışıb.


Polislər onun ifadəsini alıblar. Tinanın şikayəti əsasında polis araşdırmalara başlayıb.
"McDonald`s"ın Norveçdəki nümayəndəliyinin mətbuat katibi Ketrin Mo baş vermiş olaya görə üzr istəyib: "Əgər baş verənlər həqiqətdirsə, üzr istəyirik. Təbii ki, qanunlara riayət edirik və bələdçi köpəyi olan gözdən əlil də mütləq şəkildə restoranımızın xidmətlərindən istifadə etməli idi".

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024