Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-02-2021, 00:17)
Nizami Gəncəvinin əsərləri Türkiyə oxucularına tanışdırmı?

 



Təəssüf, çox təəssüf, biz Nizami Gəncəvini müasir türk oxucusuna sevdirə bilməmişik. Bu gün Ankaranın demək olar ki, bütün kitab magazalarini gəzdim, Nizami Gəncəvini soruşanda kitabsatanlar təəccüblə üzümə baxırdı. Mən onun nəhəng bir türk şairi olduğunu deyəndə gözlər bərəlirdi. Təəssüf, Azərbaycanın Həmid Araslı, Rüstəm Əliyev, Qəzənfər Əliyev, Mübariz Əlizadə, Nüşabə Araslı, R.Azadə, Xəlil Yusifli, Teymur Kərimli və digər onlarla müqtədir alimlərinin yazdığı əsərlər Nizamını Türkiyə Cümhuriyyətində tanıda bilməyib. Əslində, Azərbaycan hökuməti Nizami əsərlərinin və onun haqqında yazan böyük alimlərin kitablarının Türkiyədə çapı istiqamətində məqsədyönlü iş görməli idi. Necə deyərlər, biz özümüz yazıb özümüz oxumalıyıq təfəkkürünə çoxdan son qoymalı idik. Ölkəmizdə bir neçə Beynəlxalq Nizami Mərkəzi fəaliyyət göstərir və dövlətdən maliyyələşir. Amma onların hansı işi gördüyü heç kəsə bəlli deyil. Bu mərkəzlər daha çox Nizamını dünyaya fars şairi kimi təqdim edən Herziqlər, Kristina Van Rumbeke kimilərlə əməkdaşlıq edirlər. Məqsədin nədən ibarət olduğunu bilən yoxdur. Elə bu cür fəaliyyətsizliyin nəticəsidir ki, Türkiyənin əksər kitab mağazalarında Vartaniyanlarin əsərlərini bəh-bəhlə təqdim edirlər, Nizamını isə tanıyan yoxdur. Ölkə Prezidentinin bu ili Nizami ili elan etməsi təqdirəlayiq haldır, amma söz əməllə müşaiyət olunanda gözəl olur. Alimlərimiz Prezidentin qarşıya qoyduğu vəzifənin həyata keçirilməsi üçün aktiv əməli fəaliyyətə keçməlidirlər. Quş qoymaq xatirinə tədbirlər planı hazırlamaq özünü aldatmaqdır. Bir daha deyirəm, mən çox təəssüf edirəm ki, Türkiyə Cümhuriyyətinin heç bir kitab mağazasında bu Nizamını gormədim.
İbrahim Quliyevшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 03 2021 23:56
8 03 2021 23:34
8 03 2021 23:12
8 03 2021 23:08
8 03 2021 20:56
8 03 2021 20:12
8 03 2021 19:30
8 03 2021 19:12
8 03 2021 18:29
8 03 2021 18:12
8 03 2021 18:12
8 03 2021 17:53
8 03 2021 17:30
8 03 2021 17:12
8 03 2021 17:00
8 03 2021 16:30
8 03 2021 16:17
8 03 2021 16:00
8 03 2021 15:48
8 03 2021 15:33
8 03 2021 15:17
8 03 2021 15:02
8 03 2021 14:51
8 03 2021 14:33
8 03 2021 14:16
8 03 2021 14:00
8 03 2021 13:44
8 03 2021 13:27
8 03 2021 13:18
8 03 2021 13:04

{sape_links}{sape_article}