Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (9-09-2021, 12:12)
Xaçmazda məmurlar BELƏ QAZANIR... - İDDİA

 




Son bir neçə aydır ki, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Vaqif Səlimovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti yenidən ölkə gündəmini zəbt etməkdədir. Bəlkə də kimlərsə adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi detallarına lazımınca diqqət yetirmir, müəyyən incəliklərə lazımınca əhəmiyyət vermir. Amma, onu unutmaq olmaz ki, uzun illər ərzində səhhətində ciddi problemi olan (Allah ona şəfa versin!) Vaqif Səlimov, uzun müddət ərzində bugünkü vəzifəsini daşıdığından o, su təsərrüfatı sahəsinin “hər cikini, hər bikini” mükəmməl bilir, hətta “daşdan pul çıxarmağı” da mükəmməl bacarır. Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri idarəsində bir hektar sahənin suvarma suyu ilə suvarılması üçün 44 manat pul alınır. Baxmayaraq ki, dövlət tərəfindən bu qiymətin məbləği 2 man. 50 qəp. müəyyən olunsa da, bu idarədə dövlətin müəyyən etdiyi məbləğə məhəl qoyan yoxdur. Faciə odur ki, ayrı-ayrı sahibkarlardan hər hektara görə 44 manat pul alınsa da, su təminatı davamlı ödənilmədiyindən bu ilin isti yay günlərində bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi ziyan dəyir. Hətta, elə hallar da olur ki, ziyan çəkən şəxslər Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin giriş qapısına yığışıb, məhz Vaqif Səlimovun yarıtmaz idarəçiliyinə qarşı etirazlarını açıq formada ifadə edirlər. Bu sırada Qarabağ müharibəsi əlillərinin avqust ayında keçirdikləri etiraz aksiyasını buna misal çəkə bilərik. Söylənilənlərə görə, həmin vaxtlarda idarə rəisi əlilləri lazımi səviyyədə təhqir etməkdən də ehtiyat etmir. Buna əsas verən səbəblərdən biri də, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisinin Zakir Quliyevə arxalanmasıdır, bu şəxsi özünə arxa-dayaq bilməsidir. Vaqif Səlimovun çoxsaylı maxinasiyalarından biri də, hələlik adının çəkilməsini istəmədiyimiz media qurumlarından birində əməlli-başlıca plagiatlığa qol qoymasıdır. Yəni, bu şəxs bir neçə gün bundan öncə ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günü bağlı keçirilən tədbirlə əlaqədar, media qurumlarından birində öz imzasını yazdırmaq şərtilə məqalə dərc etdirir. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, qeyd olunan məqalənin sonunda Vaqif Səlimovun imzası getsə də, əslində həmin məqalə bu şəxsin beyninin məhsulu deyil, vaxtilə başqa müəllifin hazırladığı yazıdır. Əslində bu cür addımın adı plagiatlıq, başqa şəxsin məhsulunu oğurlayıb özününkülışdirmək deməkdir.Bəli, hər kəsə o da aydındır ki, Vaqif Səlimov hazırda həm belə bir idarəçiliyini həyata keçirir, həm də təqaüdə çıxacağı günlərini gözləyir. Əsas məqam ondan ibarətdir ki, bu şəxsi iş başında tapmağın özü müşkül məsələ olur. Tutaq ki, hansısa bir problemlə bağlı şəxsən onun özünə hansısa sualı verib cavab əldə etmək istəyirsən, o halda telefona cavab verən xanım katibə “Vaqif müəllim işdə yoxdur, işə nə vaxt gələcəyi haqda da məlumatım yoxdur” deyə cavab verir. Bu cür cavabların verilməsi, əslində Vaqif Səlimovla bağlı şübhələrin birəbeş artmasına səbəb olur. Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, bu şəxs daha çox gəlir əldə etmək üçün yerlərdəki su istifadəçiləri birlikləri ilə müqavilələr bağlayır və suvarma üçün nəzərdə tutulan suyu onlara verir. Su istifadəçiləri birlikləri də, onların ixtiyarına verilmiş suvarma suyunu ehtiyacı olan şəxslərə baha qiymətə satıb, əldə olunan gəlirlərin daha çox hissəsini Vaqif Səlimova çatdırırlar. Unutmaq olmaz ki, həmin şəxslərin tam əksəriyyətinin bu və digər yollarla Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisinə bağlı olduğu bildirilir.Qısa bir xatırlamanı yada salaq ki, xeyli müddət bundan öncə Vaqif Səlimovun iş otağında Melorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə “Benladen” adlandırılmışdı. Bu cür yanaşmanın varlığı onu sübut edirdi ki, Vaqif Səlimov öz rəhbərinə “dönük çıxan” vəzifə sahiblərindəndir. O halda sual oluna bilər ki, görəsən idarə rəisi vəzifəsini daşıyan bu şəxs yeni rəhbərinə qarşı da “dönük çıxacaqmı?” və onu nə adlandıracaq?
Mövzuya qayıdacağıq.

Nyus.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}