--- (19-02-2014, 15:18)
Bermud üçbucağının sirri
Bəs nə üçün gəmi və təyyarələr oradan keçdiyi zaman yoxa çıxırlar. Elmi olaraq əsaslandırmağa çalışaq...
Atlantik Okeanında çox sayda təyyarə və gəminin itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bu bölgə Şeytan Üçbucağı da adlandırılır. Bəs nə üçün gəmi və təyyarələr oradan keçdiyi zaman yoxa çıxırlar. Elmi olaraq əsaslandırmağa çalışaq...
Yeraltından fısqıran təbii qazlar, yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxırlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş quru parçalarıdır. Okeanların dərinliklərindən çıxan qazlar oradakı təzyiqin də təsiriylə qatı hala çevrilir və "hidrat" deyilən ağ və qatı bir maddə halına gəlirlər. Bu bölgə həm də "Gulf Stream" deyilən isti su axıntısının da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, "zəhərli qazlar" sudan yüngül olduqları üçün səthə doğru yüksəlirlər. O anda döşəmədən səthə qədər suyun sıxlığı azalır. Buna görə oradan keçən nə varsa, "dərin bir quyuya düşür kimi" sürətlə okeanın dibinə çəkilir. Çünki sıxlığı düşən su gəmiləri daşıyacaq qaldırma qüvvətini meydana gətirə bilməz. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönür və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə basdırılmış olurlar.
Təyyarələrin düşərək itməsi də eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edirlər. Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gəlir. Oradan təsadüfən keçən bir təyyarə dərhal radarları itirır və mühərrikləri dayanır. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün yetərli deyil. Beləcə təyyarə də sürətlə okean döşəməsinə doğru enməyə başlayır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025